Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ATƏT-ə 2026-cı ildə sədrlik edəcək ölkə açıqlanıb

ATƏT-ə 2026-cı ildə sədrlik edəcək ölkə açıqlanıb

31.12.2024 [14:19]

2026-cı ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) İsveçrə sədrlik edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın Baş nazirinin müavini, xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borq deyib.

Yan Borq İsveçrənin təşkilata effektiv rəhbərlik edəcəyinə əminliyini bildirib: “ATƏT-in gələcək sədrlərinin seçilməsi təşkilatın davamlılığını təmin etmək üçün prioritetdir. Bu, ATƏT üçün əlamətdar məqamdır və əminik ki, İsveçrə uzaqgörənlik və qətiyyətlə təşkilata sədrlik edəcək”.

Qeyd edək ki, Maltanın ATƏT-ə sədrliyi bu il başa çatır. 2025-ci ildən isə təşkilata Finlandiya sədrlik edəcək.

ATƏT-ə sədrlik bir il müddətində təşkilata üzv olan dövlət tərəfindən həyata keçirilir və ölkənin xarici işlər naziri fəaliyyətdə olan sədr vəzifəsini icra edir. ATƏT hazırda 57 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır.

Paylaş:
Baxılıb: 373 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31