Mavritaniya və Seneqalın dənizdə müştərək qaz quyusundan ilk hasilat başlanıb
02.01.2025 [14:23]
Dekabrın 31-də Mavritaniya və Seneqalın dənizdə müştərək “Böyük Tısbağa Ahmeyim” (Greater Tortue Ahmeyim) qaz yatağından ilk hasilat baş tutub.
AZƏRTAC Mavritaniya İnformasiya Agentliyinə istinadla xəbər verir ki, bu, iki dövlətin Energetika nazirliklərinin yaydığı birgə bəyanatda bildirilir. Vurğulanır ki, bu nailiyyət Seneqal və Mavritaniya arasında tərəfdaşlığın daha da gücləndirilməsinə töhfə verəcək və onların regional enerji sənayesində yerini möhkəmləndirəcək.
Mavritaniyanın enerji və neft naziri Məhəmməd uild Xalid layihənin perspektivli olduğunu və ölkə iqtisadiyyatının inkişafına böyük fayda gətirəcəyini deyib.
Quyudan ilk qaz hasilatını “tarixi mərhələ” adlandıran Seneqalın enerji və neft naziri Birama Suli Dyub bu nailiyyətin Mavritaniya ilə səmərəli əməkdaşlığın nəticəsi olduğunu bildirib.
Qeyd olunur ki, layihənin əsas icraçısı bp şirkətidir. İxrac olunan qazın yaxın zamanlarda bazara çıxarılacağı elan edilib.
“Əl-Cəzirə” kanalı bildirir ki, ümumi dəyəri 4,8 milyard dollar olan layihə üzrə ilkin mərhələdə ildə 2,3-2,5 milyon ton təbii qazın çıxarılacağı gözlənilir. 2850 metr dərinlikdən hasil olunan qaz emal üçün üzən LNG saxlama gəmisinə nəql ediləcək. Məlumata görə, bp layihədə 56 faiz paya malikdir. ABŞ-ın “Kosmos Energy” şirkəti 27%, Seneqal 10% və Mavritaniya isə 7% faiz pay sahibidirlər. 2027-2028-ci illərdə hasilat 6 milyon tona çatacaq. 2030-cu ildə isə hasilatın 10 milyon ton olacağı proqnozlaşdırılır.
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36

