Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Monteneqroda silahlı insident nəticəsində 12 nəfər ölüb

Monteneqroda silahlı insident nəticəsində 12 nəfər ölüb

02.01.2025 [17:15]

Monteneqronun Çetinye şəhərində silahlı insident nəticəsində 12 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, ölənlər arasında 10 və 13 yaşlı iki azyaşlı da var. Qətlə yetirilən uşaqların təsadüfi yoldan keçənlər olduğu ehtimal edilir. İnsident nəticəsində 4 nəfər yaralanıb. Onların vəziyyətinin ağır olduğu bildirilib.

Təhlükəsizlik qüvvələrinin məlumatına görə, 45 yaşlı Ako Martinoviç şəhərin Bayitse bölgəsindəki əyləncə məkanında odlu silahdan istifadə edərək çox sayda insanı qətlə yetirib. O, binanı silahlı şəkildə tərk edib və hadisə yerindən qaçıb.

Həlak olanlarla qohumluq əlaqələri olan A. Martinoviç polis onu saxlayan zaman özünə xəsarətlər yetirərək intihara cəhd edib və xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda vəfat edib.

Paylaş:
Baxılıb: 457 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31