Avstriyada uğursuz koalisiya danışıqlarından sonra siyasi böhran yaranıb
05.01.2025 [22:18]
Avstriyada Avstriya Xalq Partiyasının (ÖVP) rəhbərliyi ilə aparılan koalisiya danışıqları uğursuzluğa düçar olduqdan sonra bu partiyanın sədri və hazırkı federal Kansler Karl Nehammer hər iki vəzifəsindən istefa verdiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, ötən il sentyabrın 29-da keçirilən növbəti parlament seçkilərində sağçı-radikal kursu ilə tanınan Avstriya Azadlıq Partiyası (FPÖ) 28,8 faizlə qələbə qazansa da, dövlət başçısı Aleksander Van der Bellen yeni hökuməti qurmaq mandatını həmin partiyaya deyil, 26,2 faiz səslə ikinci yerdə qərarlaşan ÖVP-yə vermişdi. A. Van der Bellen bu qərarını digər partiyaların FPÖ ilə eyni hökumətdə təmsil olunmaq istəmədikləri ilə əsaslandırmış, yeni hökuməti qurmağı Karl Nehammerə həvalə etmiş, ÖVP Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) və Yeni Avstriya və Liberal Forum (NEOS) partiyası ilə koalisiya danışıqlarına start verilmişdi.
Milad bayramı öncəsi tərəflər prinsip etibarilə yeni hökumətlə bağlı danışıqların uğurla getdiyini və maliyyə məsələləri ilə bağlı yaradılmış işçi qrupun detalları müzakirə etdikdən sonra 2025-ci ilin əvvəlində yekun qərarın veriləcəyini vurğulamışdı. Lakin yanvarın 4-də NEOS aradakı ciddi fikir ayrılıqlarını nəzərə alaraq koalisiya danışıqlarını dayandırdığını elan edib. Bunun ardınca isə ÖVP-SPÖ arasında danışıqların davam edəcəyi gözlənilsə də, axşam saatlarında ÖVP də danışıqlar masasını tərk edib. Bununla da parlament seçkilərindən sonra yeni hökumətin qurulması ətrafında siyasi böhran yaranıb.
Yaranmış siyasi vəziyyətdə Avstriyanın hazırki federal Kansleri Karl Nehammer tutduğu vəzifəsindən istefa verdiyini və yeni rəhbərlik üçün keçidlə bağlı bütün prosesləri nizamlı şəkildə aparilmasına çalışacağını bəyan edib. Hazırkı vəziyyətdə onun partiyası bir tərəfdən yeni rəhbərlik axtarışında, digər tərəfdən isə koalisiya danışıqlarının aqibətini müəyyən etməklə məşğuldur. Koalisiya danışıqlarını davam etdirmək və hökuməti qura bilmək üçün ÖVP-nin yeganə seçimi sağçı-radikal FPÖ partiyası qalır. Bu halda ÖVP səs nisbətinə görə kiçik tərəfdaş rolu ilə razılaşmalıdır. Digər mühüm sual isə partiyaya yeni rəhbərinin kim olacağı, həmin şəxsin qısa və ya uzun müddət üçün bu funksiyanı daşımasıdır.
Federal Prezident Aleksander Van der Bellen gün ərzində yaranmış vəziyyətlə bağlı mövqeyini açıqlamalıdır və hazırkı böhran çıxılmaz vəziyyət yaradıb. Dövlət başçısının üstünlük verdiyi siyasi konstellasiyanı qurmaq mümkün olmayıb və əlavə siyasi gedişlər üçün imkanlar məhdudlaşıb. ÖVP-nin tutacağı siyasi kurs (FPÖ ilə koalisiya danışıqlarına hazır olmaq və ya yeni seçkilərə getmək) dövlət başçısının qərarına öz təsirini göstərəcək.
FPÖ partiyası bu böhrandan ən çox bəhrələnən tərəf kimi görünür. Partiya sədri Herbert Kikl bildirib ki, indiki vəziyyətdə ÖVP-nin parlament seçkilərində xalqın istəyini dərk etməsi üçün fürsət yaranıb. O, bununla da partiyasının seçkilərdə qalib gələn tərəf kimi hökumətdə təmsil olunmalı olduğunu bir daha vurğulayıb.
Son həftələrin sorğuları FPÖ partiyasının daha çox tərəfdar qazandığını göstərir. Bu da o deməkdir ki, istər hökumət danışıqlarında iştirak olsun, istərsə də ölkədə yenidən parlament seçkiləri təyin edilsin, hər iki halda FPÖ mövqelərini daha da gücləndirəcək.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

