Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İlon Mask ifrat sağçı AfD-nin seçki kampaniyasına qoşulub

İlon Mask ifrat sağçı AfD-nin seçki kampaniyasına qoşulub

26.01.2025 [13:16]

Amerikalı milyarder İlon Mask ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) seçki kampaniyasına qoşulub.

AZƏRTAC "Spiegel" qəzetinə istinadla xəbər verir ki, AfD-nin Halle (Saale) şəhərində təşkil olunan mitinqinə videokonfrans vasitəsilə qoşulan İ.Mask partiyaya dəstəyini bir daha ifadə edib.

İfrat sağçı Avstriya Azadlıq Partiyasının (FPÖ) sədri Herbert Kikl də mitinq iştirkaçılarına videomüraciət ünvanlayaraq, AfD-yi dəstəklədiyini vurğulayıb.

Xatırladaq ki, AfD-nin bu mitinqinə etiraz əlaməti olaraq Halle şəhərində radikal sağ əleyhinə daha bir nümayiş də keçirilib. Gün ərzində Almaniyanın bir sıra böyük şəhərlərində, o cümlədən Berlində də ifrat sağa qarşı mitinqlər təşkil olunub.

Paylaş:
Baxılıb: 370 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31