Türkiyənin XİN başçısı Səudiyyə Ərəbistanına səfər edəcək
27.01.2025 [19:58]
Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 28-də Səudiyyə Ərəbistanına səfər edəcək.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında inkişaf edən siyasi münasibətlər, sürətlə artan ticarət həcmini daha da yüksəltmək hədəfi, Türkiyə-Səudiyyə Koordinasiya Şurasının ikitərəfli əməkdaşlığın dərinləşməsində və yeni əməkdaşlıq sahələrinin yaradılmasında rolu kimi məsələlərin müzakirəsi gözlənilir. Görüşlər zamanı fikir mübadiləsi aparılacaq mövzular arasında beynəlxalq məsələlər, o cümlədən Suriyadakı son vəziyyət və beynəlxalq ictimaiyyətin buna yanaşması, İsraillə Fələstin arasında əldə edilən atəşkəslə bağlı proseslər də yer alacaq.
Səfər çərçivəsində 2016-cı ildə yaradılan və ilk iclası ondan bir il sonra Ankarada keçirilən Türkiyə-Səudiyyə Koordinasiya Şurasının fəaliyyəti də müzakirə ediləcək. Şuranın ikinci iclasının yaxın vaxtlarda XİN rəhbərlərinin sədrliyi ilə Ər-Riyadda keçirilməsi gözlənilir.
Türkiyə və Səudiyyə Ərəbistanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı - Ərəb Liqası Qəzza Təmas Qrupuna üzv ölkələrdir.
Qeyd edək ki, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı ticarətin həcmi 2024-cü ildə təxminən 8 milyard dollar olub. Türkiyənin inşaat şirkətləri indiyədək Səudiyyə Ərəbistanında 400-dən çox layihə həyata keçiriblər. Səudiyyə Ərəbistanının marağını Türkiyəyə cəlb edən məqamlardan biri isə sürətlə inkişaf edən müdafiə sənayesi sektorudur.
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34

