Çində yaz festivalı ilə əlaqədar rekord sayda səyahət qeydə alınıb
23.02.2025 [22:27]
Şərq xalqlarının Ay təqvimi üzrə qeyd olunan Yeni il bayramı və ya Yaz festivalı ilə əlaqədar Çində ictimai və fərdi nəqliyyat vasitələri ilə 9,02 milyard sərnişin səyahəti qeydə alınıb. Bu, ölkə tarixində rekord göstəricidir.
AZƏRTAC Çinin Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, builki səyahətlərin sayı ötənilkindən 7,1 faiz çox olub. Səyahətlərin böyük hissəsi (8,39 milyard) avtobus və avtomobillər, 510 milyonu qatar, 90,2 milyonu hava nəqliyyatı ilə reallaşıb. Su nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 31 milyondan çox olub.
Yaz festivalı ilə əlaqədar səyahət mövsümü ay təqvimi ilə Yeni ilin ilk günündən (Miladi təqvimlə 29 yanvar) 15 gün əvvəl başlayıb və 40 gün davam edib. Bu dövrdə çinlilər ailə üzvlərini, doğmalarını, yaxınlarını, dostlarını görmək, habelə bayram tətilindən yararlanaraq turizm məqsədilə səfərlər edirlər. Elə buna görə də bütün növ ictimai nəqliyyata tələbat artır. Çində yaz festivalı dövründəki səyahət dünyada ölkədaxili ən böyük miqrasiya hesab olunur.
Festival iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də turizm, ticarət, xidmətlər sektorlarında böyük canlanmaya səbəb olur. Elə ümumi səyahətlərin 500 milyonunun turizm məqsədli olması bunun bariz nümunəsidir. Bayram tətilində ölkənin turizm sektorunda dövriyyə 677 milyard yuana (təxminən 93,4 milyard ABŞ dolları) çatıb. Bu rəqəm pandemiyadan əvvəlki (2019-cu il) göstəricidən 31,7 faiz çoxdur. Bayram günlərində kinoteatrların kassa yığımı 2,76 milyard dollar təşkil edib. Bu göstərici ilə Çin kassa yığımına görə dünyada lider ölkəyə çevrilib.
Qeyd edək ki, Şərqi Asiya ölkələrinin ənənəvi Ay təqvimi ilə ilan ili yanvarın 29-da başlayıb. Bayram tətili rəsmən 8 gün olsa da, Çində xüsusən özəl sektorda tətil bir aya yaxın davam edir.
Xəbər lenti
Hamısına baxDünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05

