Ukrayna Ali Radası ABŞ Prezidenti Donald Trampa müraciət edib
04.03.2025 [10:40]
Ukrayna Ali Radası ABŞ Prezidenti Donald Trampa, Konqresə və ABŞ xalqına müraciət edib.
AZƏRTAC xəbər verir ki, Ali Radanın saytında dərc olunan müraciətdə qeyd olunur ki, Ukrayna xalqı sülhü hamıdan çox istəyir və Trampın rolunun, onun sülhməramlı səylərinin hərbi əməliyyatların tezliklə dayandırılması üçün həlledici olacağına inanır.
Rada Trampın danışıqlar prosesinə başlamaq və sülhə nail olmaq yollarını tapmaq təşəbbüslərini alqışlayır. ABŞ ilə xüsusilə faydalı qazıntıların işlənməsi sahəsində strateji tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanır.
“Ukrayna böyük Amerika xalqının Birləşmiş Ştatların qlobal liderliyinin hərtərəfli bərpası istiqamətindəki istəklərinə dərin hörmətlə yanaşır. Eyni zamanda, biz qəti şəkildə inanırıq ki, ABŞ-ın beynəlxalq aləmdə rəhbərliyi azadlıq və demokratiya ideallarının müdafiəsi, beynəlxalq müqavilələrə sadiqlik, müttəfiqlər və dostlarla münasibətlərdə etibarlılıq ilə ayrılmaz şəkildə bağlıdır”, - deyə müraciətdə qeyd edilir.
Sənəddə daha sonra bildirilir: “Əminik ki, xalqımızın təhlükəsizliyi və sabit inkişafı Birləşmiş Ştatların sarsılmaz dəstəyi ilə təmin edilir və milyonlarla ukraynalıya ilham verən Amerikanın tarixi uğurunun təməli olan dəyərləri əks etdirir. Hazırda bu dəstək Ukrayna xalqı və Ukraynanın Təhlükəsizlik və Müdafiə Qüvvələri, eləcə də bütün Avropa qitəsində təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün həmişəkindən daha vacibdir”.
Müraciətdə, həmçinin vurğulanır ki, Ukrayna müstəqil və suveren dövlət olaraq qalmalıdır, Ukrayna xalqı isə azad olmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

