Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rusiyanın xarici işlər naziri: Makron öz reputasiyasını xilas etmək üçün düşünülməmiş hərəkətlər edə bilər

Rusiyanın xarici işlər naziri: Makron öz reputasiyasını xilas etmək üçün düşünülməmiş hərəkətlər edə bilər

06.03.2025 [20:36]

Fransa prezidenti Emmanuel Makron reputasiyasını bərpa etmək üçün tələsik qərarlar qəbul edə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Zimbabvenin xarici işlər naziri Amon Murvira ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

“Mən NATO çərçivəsində, Avropa İttifaqı daxilində ağıllı səslər eşidirəm ki, Makron Fransada ümidsizcə tapdalanan reputasiyasını xilas etmək üçün tamamilə düşünülməmiş hərəkətlər edə bilər”, -deyə o vurğulayıb.

Rusiya XİN-in rəhbərinin sözlərinə görə, Makronun Fransa daxilində populyarlığının azalması onu sərt bəyanatlar verməyə və beynəlxalq aləmdə radikal addımlar atmağa vadar edir.

S.Lavrov qeyd edib ki, bəzi Aİ və NATO ölkələri bu cür hərəkətlərin riskini dərk edir və onlara ehtiyatla yanaşırlar.

Paylaş:
Baxılıb: 384 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31