Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rusiyada Su-25 təyyarəsi qəzaya uğrayıb

Rusiyada Su-25 təyyarəsi qəzaya uğrayıb

24.03.2025 [21:20]

Rusiyanın Primorye diyarında Su-25 təyyarəsi təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb.

AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Pilot katapult edib və axtarış-xilasetmə qrupu tərəfindən aşkar olunub. Hərbi qurum əlavə edib ki, pilotun həyatı və sağlamlığı üçün təhlükə yoxdur.

“Uçuş döyüş sursatı olmadan həyata keçirilib. Təyyarə insanların olmadığı əraziyə düşüb və düşdüyü yerdə heç bir dağıntı yoxdur”, - deyə Rusiya Müdafiə Nazirliyi bildirib.

İlkin məlumata görə, qəzaya səbəb texnik nasazlıq olub. Rusiya Aerokosmik Qüvvələrinin komissiyası qəza yerinə yollanıb.

Zirehli hücum təyyarəsi olan Su-25 “Qraç” döyüş sahəsində hədəfi görmə zonasında quru qoşunlarına birbaşa dəstək vermək, həmçinin təyin olunmuş koordinatlara malik hərəkət edən və etməyən yerüstü və azsürətli hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Təyyarənin ekipajı bir nəfərdən ibarətdir.

Paylaş:
Baxılıb: 588 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30