Berlində 16-cı Petersberq İqlim Dialoqu keçirilib
26.03.2025 [22:34]
Martın 25-26-da Berlində beynəlxalq iqlim gündəliyində yer alan əsas tədbirlərdən biri – 16-cı Petersberq İqlim Dialoqu (PCD) keçirilib.
AZƏRTAC xəbər verir ki, Braziliyada keçiriləcək COP30-a hazırlıq məqsədilə təşkil edilən tədbirdə xüsusilə COP29-un Bakıda keçirilməsindən sonra iqlim maliyyəsi və enerji keçidi ilə bağlı qlobal öhdəliklər diqqət mərkəzində saxlanılıb. Məqsəd qlobal çağırışlara birgə həll yolları tapmaq və iddialı iqlim hədəflərinin həyata keçirilməsi üçün siyasi konsensusu gücləndirmək olub. Müzakirələrdə emissiyaların azaldılması, qalıq yanacaqlardan imtina, bərpaolunan enerjinin artırılması və iqlim maliyyəsinin genişləndirilməsi məsələlərinə diqqət çəkilib.
Almaniyanın xarici işlər naziri Annalena Berbok çıxışında beynəlxalq iqlim mühafizəsi formatları vasitəsilə sənaye ölkələri ilə inkişaf etməkdə olan dövlətlər arasında “köhnə uçurumlar”ın aradan qaldırılmasının mümkünlüyünü vurğulayıb.
Kansler Olaf Şolts diqqətə çatdırıb ki, insan amili nəticəsində yaranmış iqlim dəyişikliyi təhlükəsizlik siyasətinin ən vacib məsələlərindən biridir. ABŞ-ın Paris İqlim Sazişindən çıxmasını yanlış addım kimi qiymətləndirən Olaf Şolts bildirib ki, 2024-cü ildə qlobal enerji keçidinə yatırılan investisiyalar iki trilyon dollarlıq həddi keçib. Bu da dünya üzrə neft ticarətinin ümumi həcminə bərabərdir. ABŞ-ın Paris İqlim Sazişindən yenidən çıxması hazırda beynəlxalq iqlim diplomatiyasına ciddi təsir göstərir.
Tədbirə videokonfrans rejimində qoşulan BMT-nin Baş katibi Antonio Quterreş qeyd edib ki, bərpaolunan enerji iqtisadiyyatları yeniləyir, artımı sürətləndirir, yeni iş yerləri yaradır, enerji xərclərini azaldır və havanı təmizləyir. O, hökumətləri, cəmiyyətləri və müxtəlif sektorları daha fəal əməkdaşlığa çağırıb.
Braziliyada keçiriləcək BMT İqlim Konfransının (COP30) prezidenti Andre Korrea do Laqo bütün dövlətləri hərəkətə keçməyə dəvət edib. Bildirib ki, çoxtərəflilikdən başqa alternativ yoxdur. O, həmçinin iqlim siyasətində hər bir ölkənin öz yolunu tapmasının vacibliyini vurğulayıb.
Avropa İttifaqının (Aİ) iqlim üzrə komissarı Vopke Hoekstra 2015-ci ildə Paris İqlim Sazişində müəyyən edilmiş 1,5°C temperatur artımı hədəfinə çatmaq üçün yeni ambisiyalı iqlim hədəflərini açıqlayıb. Lakin o, Avropa İttifaqının hələ də milli iqlim hədəflərini (NDC) təqdim etməkdə gecikdiyini deyib.
16-cı Petersberq İqlim Dialoqunun gündəmində emissiyaların azaldılması ilə yanaşı, Dubayda keçirilmiş COP28-də qəbul edilən qlobal hədəflər də yer alıb. Bu baxımdan nazirlər “Bakıdan Belemə Yol xəritəsi” adlı plana dair fikir mübadiləsi aparıblar. Xüsusilə Bakıdakı İqlim Konfransının gündəmində mühüm yer tutan iqlim mühafizəsi üçün inkişaf etməkdə və keçid dövründə olan ölkələrdə daha çox maliyyə resursu cəlb etmək üçün beynəlxalq səviyyədə mexanizmlərin və yolların müəyyənləşdirilməsi məsələləri diqqət mərkəzində saxlanılıb.
Xəbər lenti
Hamısına baxHadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51

