Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Media: ABŞ-ın Rusiya ilə yaxınlaşması NATO-nun əsaslarını sarsıda bilər

Media: ABŞ-ın Rusiya ilə yaxınlaşması NATO-nun əsaslarını sarsıda bilər

02.04.2025 [19:51]

Avropalı diplomatlar hesab edirlər ki, Vaşinqtonun Moskva ilə yaxınlaşması Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) əsaslarını sarsıda bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “France-Presse” agentliyinin məqaləsində deyilir. “ABŞ hələlik heç bir konkret qərar qəbul etməsə də, alyansın əsaslarına hər gün yeni zərbə vurur”, - deyə məqalədə bildirilir.

Agentlik qeyd edir ki, ABŞ administrasiyasının Rusiya ilə əlaqələri möhkəmləndirmək cəhdləri alyansda Vaşinqtonun Moskvanın tərəfini tuta biləcəyi ilə bağlı qorxuya səbəb olub.

Eyni zamanda, Qərb siyasətçiləri Donald Trampın Rusiya ilə dialoqunun Ukrayna münaqişəsinə son qoymaq üçün danışıqlar strategiyasının bir hissəsi ola biləcəyini etiraf edirlər.

ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında martın 18-də baş tutan telefon danışığı zamanı Ukrayna müharibəsində 30 günlük atəşkəs rejimi, eskalasiyanın qarşısının alınması və bir sıra beynəlxalq məsələlər müzakirə olunub. Kremlin mətbuat xidmətinin məlumatına görə, Vladimir Putin tərəflərin enerji infrastrukturu obyektlərinə zərbələrdən qarşılıqlı imtinası ilə bağlı Ağ evin təklifini qəbul edib.

Paylaş:
Baxılıb: 599 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30