Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Aleksandr Stubb: Avropa liderlərindən biri Putinlə danışmalıdır

Aleksandr Stubb: Avropa liderlərindən biri Putinlə danışmalıdır

03.04.2025 [22:14]

Ukrayna üzrə “arzulayanlar koalisiyası” belə qənaətə gəlib ki, Avropanın azı bir lideri Rusiya Prezidenti Vladimir Putinlə danışmalıdır.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib. Onun sözlərinə görə, Rusiyanın dövlət başçısı ilə Fransa, yaxud Böyük Britaniya lideri danışıq aparmalıdır.

Aleksandr Stubb daha əvvəl Parisdə keçirilmiş “arzulayanlar koalisiyası” sammitində Avropa ölkələrinin Rusiya ilə əlaqələrin bərpasını müzakirə etməyə başladığını, lakin gələcək təmasların razılaşdırılmalı olduğunu bildirib. Bununla belə o, mümkün təmasların konkret vaxtını və dialoqda Avropa liderlərindən hansının iştirak etmək niyyətində olduğunu açıqlamayıb.

Xatırladaq ki, koalisiyanın martın 27-də keçirilmiş Paris sammitində iştirak edən 30-a yaxın ölkənin nümayəndələri Ukrayna münaqişəsi başa çatdıqdan sonra Kiyev üçün mümkün təhlükəsizlik təminatlarını müzakirə ediblər. Görüşün əsas mövzularından biri Ukrayna ərazisində potensial hərbi kontingentin yerləşdirilməsi olub. ABŞ bu sammitə qatılmayıb.

Paylaş:
Baxılıb: 455 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Mədəniyyət

Sosial

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30