Çexiya və Polşanın gömrük xidmətləri iri həcmdə kokain partiyasını ələ keçirib
01.05.2025 [21:32]
Çexiya və Polşa gömrükçüləri şərab qutularında həll edilmiş 12 kiloqram kokain aşkar ediblər.
AZƏRTAC çex mediasına istinadla xəbər verir ki, qara bazar dəyəri bir neçə milyon avro olan narkotiklər Cənubi Amerikadan Polşanın Qdansk limanına göndərilib. Qdansk limanında gömrük əməkdaşları konteynerdəki əsl yükü oxşar qutularla əvəz edərək, onun Polşa-Çexiya sərhədinə qədər hərəkətini izləyiblər. Sərhəddə isə çexiyalı həmkarları üç cinayətkarı saxlayıblar. Bu barədə Çexiyanın Baş Gömrük İdarəsinin Axtarış və nəzarət şöbəsinin əməkdaşları mətbuat konfransında məlumat veriblər.
Sərhədçilər kokain partiyası barədə məlumatı Polşa sərhəd xidmətindən alıblar. Narkotiklərin daşınmasını təşkil edən şəxs Panamada yaşayan polşalı olub. Çexiyanın Baş Cinayət Axtarış İdarəsinin Olomouts şöbəsi sözügedən yük maşınını müsadirə edib, yükü dəyişdirib və karton qutularının rentgen müayinəsini aparıb. Qırx dörd qutudakı preparat distillə olunmuş suda həll edilmiş formada olub.
Keçirilmiş əməliyyat beynəlxalq əməkdaşlığın və daxil olan məlumatlara operativ reaksiya verməyin nə qədər vacib olduğunu göstərir. Belə həcmdə partiyanı əvəz etmək və Ostravadakı anbardan yükü yenidən nəqliyyat vasitəsinə yerləşdirmək, üstəlik, bunu cinayətkarların hiss edə bilmədiyi şəkildə həyata keçirmək o qədər də asan olmayıb. Çexiyanın Narkotiklərlə Mübarizə üzrə Milli Mərkəzinin qənaətinə görə, hazırda dünyada yüksəkkeyfiyyətli kokainin nəzərəçarpacaq dərəcədə artıq istehsalı müşahidə edilir və bu maddə kütləvi şəkildə Avropaya daxil olur.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07

