Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çin “Boeing” təyyarələrinin alınmasına qoyulan qadağanı aradan qaldırıb

Çin “Boeing” təyyarələrinin alınmasına qoyulan qadağanı aradan qaldırıb

13.05.2025 [14:25]

Çinin hakimiyyət orqanları ABŞ-ın “Boeing” korporasiyasından təyyarə tədarükünə qoyulan qadağanı aradan qaldırıb.

AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb.

Bildirilir ki, Çin rəsmiləri bu həftə yerli aviadaşıyıcıları və səlahiyyətli orqanları tədarüklərin bərpa olunacağı barədə məlumatlandırıb. Agentliyin həmsöhbətlərindən birinin sözlərinə görə, aviaşirkətlərə çatdırılma vaxtını və şərtlərini özlərinin müəyyən etməsi imkanı verilib.

Pekin “Boeing” təyyarələrinin tədarükünü təxminən bir ay öncə qadağan etmişdi. Nəticədə Çinə çatdırılması planlaşdırılan bəzi təyyarələr ABŞ-a qaytarılıb və onlar sonradan Malayziya və Səudiyyə Ərəbistanı şirkətlərinə satılıb.

Qeyd edək ki, bu il Çinə 50-yə yaxın “Boeing” təyyarəsi çatdırılmalıdır.

Paylaş:
Baxılıb: 448 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30