Min ton toksik tullantı basdıran İsveçin “zibil kraliçası” məhkum edilib
18.06.2025 [20:53]
Bir vaxtlar özünü “zibil kraliçası” adlandıran isveçli qadın sahibkar Bella Nilsson ölkənin ən böyük ekoloji cinayət işində qanunsuz olaraq böyük miqdarda tullantı basdırması ittihamı ilə 6 il həbs cəzasına məhkum edilib.
AZƏRTAC “The Guardian”a istinadla xəbər verir ki, tullantıların idarə olunması ilə bağlı “Think Pink” şirkətinin keçmiş baş direktoru Bella Nilsson 19 ağır ekoloji cinayətdə təqsirli bilinib. Onun keçmiş əri Tomas Nilsson 12 ağır ekoloji cinayətdə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bella Nilsson qarşı onun şirkətinin 2015-2020-ci illər arasında 21 müxtəlif məkanda 200 min ton tullantı atması və ya basdırması ittihamı irəli sürülmüşdü.
Cinayət işinin hakimlərindən biri - Niklas Şullerkvist “Think Pink”in tullantı atmasının insanlar və ətraf mühit üçün böyük risklər yaratdığını deyib və onun biznesini bir növ piramida sxemi ilə müqayisə edib.
“Think Pink” bələdiyyələrdən, tikinti şirkətlərindən, mənzil-tikinti kooperativlərindən və fərdi şəxslərdən gələn arzuolunmaz tullantıların - əsasən tikinti materiallarının utilizasiyası üçün sifarişlər alıb. Lakin şirkət bunu düzgün yerinə yetirə bilməyib, əvəzində, qeyri-qanuni olaraq çeşidlənməmiş tullantıları İsveç üzrə 19 yerdə qalaqlar halında atıb.
Havaya, torpağa və suya külli miqdarda zəhərli PCB (polixlorlu bifenillər), qurğuşun, civə, arsen və başqa kimyəvi maddələr atılıb, həmçinin insanlar, heyvanlar və bitkilər üçün təhlükə yaranıb.
Keçmiş Nilsson cütlüyü də daxil olmaqla beş müttəhim ağır ekoloji cinayətlərə görə iki ildən altı ilə qədər həbs cəzasına məhkum edilib, digər beş nəfər isə ekoloji cinayətlərə görə daha qısa müddətə həbs və ya şərti cəza alıb.
Məhkəmənin qərarına əsasən, beş əsas müttəhim Botçürk bələdiyyəsi və Vesteros şəhəri də daxil olmaqla, yaşayış məntəqələrinə 25 milyon dollardan çox təzminat ödəməli olacaq.
Bu cinayət işi İsveçin Milli ekologiya və iş mühiti bölməsi tərəfindən indiyə qədər dinlənilən ən böyük çoxillik proses olub və 80 gündən çox dinləmələri ehtiva edib.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

