İnsan beyni mühitdə hərəkəti süni intellektdən daha yaxşı qavrayır - TƏDQİQAT
28.06.2025 [16:22]
Yeni tədqiqat insan beyninin vizual mühitlərdə avtomatik olaraq mümkün fiziki fəaliyyətləri necə müəyyənləşdirdiyini üzə çıxarıb və bu sahədə süni intellektin hələ də insan qabiliyyətinə çatmadığını göstərib. Amsterdam Universitetinin hesablama üzrə nevroloqu İris Qroen və onun rəhbərlik etdiyi qrup beynimizin ətraf mühitdəki mümkün hərəkətləri şüuraltı səviyyədə necə qiymətləndirdiyini araşdırıb. Tədqiqatçı Klemens Bartnikin də qatıldığı bu iş insanın müxtəlif vizual səhnələrə baxaraq həmin mühitdə hərəkət imkanlarını necə dərhal qavradığını ortaya qoyub.
AZƏRTAC “Science Daily” portalına istinadla xəbər verir ki, tədqiqat zamanı iştirakçılar maqnit-rezonans tomoqrafiya (MRT) cihazına yerləşdirilərək müxtəlif açıq və qapalı məkanların fotolarına baxıblar. Paralel şəkildə onların beyin fəaliyyətləri qeydə alınıb.
Qroen bildirir ki, məqsəd yalnız görüntüdəki obyektlərin və rənglərin deyil, eyni zamanda mühitlə fiziki qarşılıqlı təsirin, yəni hərəkət imkanlarının (üzmək, velosiped sürmək, dağ cığırında gəzmək) beyində necə təmsil olunduğunu aşkara çıxarmaq olub. Araşdırma nəticəsində müəyyən edilib ki, vizual korteksin bəzi hissələri yalnız görünən obyektlərə deyil, həm də mühitdə edilə biləcək hərəkətlərə reaksiya verir. Maraqlısı budur ki, bu aktivlik iştirakçılara konkret təlimat verməsə də avtomatik şəkildə baş verir.
Tədqiqatçılar “ChatGPT” və digər süni intellekt modellərinin bu cür fəaliyyət imkanlarını da müqayisə ediblər. Nəticələr göstərib ki, AI modelləri bu sahədə insan beyninə yaxınlaşa bilmir. Xüsusi şəkildə hərəkəttanıma üçün təlim görsələr belə süni intellekt insan beyninin təbii reaksiyalarına uyğun gəlmir.
Qroen qeyd edir: “Hətta ən qabaqcıl AI sistemləri belə, insan üçün intuitiv və sadə olan bir mühiti düzgün qiymətləndirməkdə çətinlik çəkir. Bu da sübut edir ki, insan qavrayışı dünyanı bədənimizdəki fiziki qarşılıqlı əlaqə yolu ilə başa düşür. Süni intellekt isə bu bacarığa malik deyil, çünki onun təməli yalnız kompüter hesablamalarına əsaslanır”.
Tədqiqat insan beyni haqqında bu biliklərin süni intellekt sistemlərinə inteqrasiya olunmasının mümkün faydalarına da işarə edir. Qroen bildirir ki, xüsusilə səhiyyə və robot texnikası kimi sahələrdə, AI-nin yalnız vizual məlumatı deyil, həm də fiziki mühitdə mümkün hərəkətləri anlama bacarığı kritik əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxSosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30

