Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Gürcüstanda ölüm halları artıb

Gürcüstanda ölüm halları artıb

28.06.2025 [20:31]

Gürcüstanda 2024-cü ildə ölüm səviyyəsi əvvəlki illə müqayisədə 2,8 faiz artaraq 43 min 917 nəfər təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti (Sakstat) məlumat yayıb.

Bildirilir ki, ölümün əsas səbəbi, əvvəlki illərdə olduğu kimi, qan dövranı sistemində yaranan problemlər (35,9%) və bədxassəli şişlər (9,2%) ilə əlaqəli xəstəliklər olaraq qalır.

Milli Statistika Xidmətinin məlumatına görə, beş yaşadək uşaqlar arasında ölüm hallarının əsas səbəbi perinatal dövrdə aşkar edilən pozğunluqlardır. 5-39 yaş arasında xəsarətlər, zəhərlənmələr, xarici təsirlərin müxtəlif nəticələri üstünlük təşkil edir. Çünki bu yaş kateqoriyasındakı insanlar arasında qəzaların baş vermə ehtimalı daha yüksəkdir. 40 yaşdan yuxarı qan dövranı sistemi xəstəlikləri və şişlər üstünlük təşkil edir.

Paylaş:
Baxılıb: 271 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

701,6 milyon avro...

29 Aprel 10:34

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30