Polşa mərmi istehsalını beş dəfə artırmağı planlaşdırır
30.06.2025 [20:52]
Polşanın dövlət müdafiə konserni (PGZ) artilleriya mərmiləri istehsalını beş dəfə, yəni ildə 150-180 min ədədə qədər artırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Polşanın dövlət aktivləri naziri Yakub Yavorovski bunu “Financial Times” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Polşa silah idxalından asılılığını azaltmaq və Rusiya təhlükəsindən qorunmaq cəhdləri fonunda haubitsa mərmilərinin istehsalını beş dəfə artıracaq.
“Qısamüddətli hədəfimiz bu növ silahların istehsalını əhəmiyyətli dərəcədə artırmaq və xarici təchizatçılardan asılılığı aradan qaldırmaqdır”, - deyə Yakub Yavorovski bildirib. Nazir mərmi çatışmazlığını Polşanın müdafiəsi üçün ən ciddi problemlərdən biri adlandırıb.
PGZ yaxın günlərdə alacağı 663 milyon dollar əlavə vəsait hesabına 155 millimetrlik haubitsa və 120 millimetrlik tank mərmiləri istehsalının artırılmasına başlayacaq. Konsern hazırda ildə 30 min iriçaplı mərmi istehsal edir və yaxın üç il ərzində onun həcmini 150-180 min ədədə çatdırmağı planlaşdırır.
Qeyd edək ki, Polşa NATO-da müdafiəyə ən çox pul xərcləyən ölkədir. Varşava 2025-ci ildə ÜDM-in 4,7 faizini hərbi ehtiyaclara ayırmaq niyyətindədir.
Xəbər lenti
Hamısına baxHadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24

