İtaliyada sərxoş sürücülərin avtomobili bloklanır
05.07.2025 [12:46]
İtaliyanın vitse-prezidenti və nəqliyyat naziri Matteo Salvini sürücülərin avtomobillərində məcburi quraşdırmalı olduqları xüsusi cihaz olan alkokilidin tətbiqi ilə bağlı qərar imzalayıb. Bu cihaz sürücünün nəfəsində spirtin miqdarını müəyyən edir. Əgər spirtin miqdarı çox yüksək olarsa, avtomobilin mühərrikinin işə düşməsinə imkan vermir. Avtomobili işə salmaq üçün sürücü cihazdakı alkotesterə üfürməlidir. Əgər nəticə “sıfır” olmazsa, mühərrik işə düşməyəcək.
AZƏRTAC xəbər verir ki, yeni qaydalara əsasən, alkokilidin quraşdırılması spirtli içki qəbul edərək avtomobil idarə etdiyinə görə məhkəmənin yekun qərarı ilə təqsirli bilinmiş sürücülər üçün məcburi olacaq. Qurğunun quraşdırılmasının müddəti qanun pozuntusu zamanı qanda müəyyən edilmiş spirt miqdarından asılı olacaq: 0,8-dən 1,5 q/l-ə qədər olduqda cihazdan iki il istifadə olunmalıdır. Əgər qanda spirt miqdarı 1,5 q/l-dən çox olarsa, minimum üç il müddətində istifadə məcburidir. Tibbi komissiya daha uzun müddət də təyin edə bilər.
Qaydaların pozulmasına görə nəzərdə tutulan cəzalar xeyli yüksəkdir: 543 avrodan 2 min avroya qədər cərimə və sürücülük hüququnun altı aya qədər (minimum bir ay) məhdudlaşdırılması. Qurğunun dəyişdirilməsi, saxtalaşdırılması və ya tamamilə quraşdırılmaması hallarında cərimələr ikiqat artır. Əgər alkoqol kilidi ilə təmin edilmiş avtomobili idarə edən sürücü yenidən sərxoş vəziyyətdə yaxalansa, cərimə yenidən ikiqat artırılır. Əgər nəticədə yol-nəqliyyat hadisəsi baş verərsə, cərimənin məbləği daha bir üçüncü hissə artır.
İtaliya Avtomexaniklər Federasiyası (Federcarrozzieri) ölkədə istismarda olan köhnə avtomobil parkının, yəni yolların 22%-ni təşkil edən 19 ildən artıq yaşı olan avtomobillərin bu qurğu ilə texniki cəhətdən uyğunlaşmasının çətin olacağına diqqət yönəldib. Bu isə alkoqol kilidinin geniş şəkildə tətbiqində ciddi maneə yarada bilər.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

