Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Milanda şiddətli fırtına ağacları aşırıb, ölən var

Milanda şiddətli fırtına ağacları aşırıb, ölən var

07.07.2025 [08:50]

İtaliyanın şimalında hökm sürən əlverişsiz hava şəraiti fəsadlar törətməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, Milanda leysan yağışları nəticəsində evləri, küçələri, iş yerlərini su basıb. Şiddətli fırtına səbəbindən ağaclar yollara və avtomobillərin üzərinə aşıb. 63 yaşlı qadın aşan ağacın altında qalaraq ölüb, iki nəfər isə yaralanıb.

Bir neçə saatda Milana 35-45 millimetr yağıntı düşüb. Ehtiyat tədbiri olaraq parklar bağlanıb. Milan-Roma qatarına ildırım düşüb. Qatar dayanıb, sərnişinlər başqa qatara köçürülüb, xətdə 50 dəqiqəyədək gecikmə olub. Mülki müdafiə qüvvələri gün ərzində 150-dən çox müdaxilə edib.

Florensiyada da ağaclar avtomobillərin üzərinə aşıb, küləyin sürəti saatda 43 kilometrə çatıb. Montespertolidə bir saat ərzində 60 millimetrədək yağıntı düşüb. Toskana regionunda isə 12 saat ərzində 27 min ildırım çaxması qeydə alınıb.

Paylaş:
Baxılıb: 493 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30