Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Donald Tramp daşqınlardan zərər çəkən Texas ştatına gedəcək

Donald Tramp daşqınlardan zərər çəkən Texas ştatına gedəcək

07.07.2025 [14:13]

ABŞ Prezidenti Donald Tramp iyulun 11-də Texasın daşqından ən çox zərər çəkən bölgələrinə səfər etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, Donald Tramp bunu jurnalistlərin səfərin tarixi ilə bağlı suallarına cavab verərkən deyib. ABŞ-ın dövlət başçısı dərhal Texasa getməyə hazır olduğunu, lakin yerli hakimiyyət orqanlarının fəaliyyətinə müdaxilə etmək istəmədiyini bildirib.

Xatırladaq ki, iyulun 4-də Texasın mərkəzini vuran güclü yağışlar Qvadalupe çayının məcrasından çıxmasına səbəb olub. Son məlumatlara görə, daşqın nəticəsində 28-i uşaq olmaqla 79 nəfər həlak olub, 41 nəfər isə itkin düşüb.

Paylaş:
Baxılıb: 174 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

MEDİA

Sosial

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31