Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Misin qiyməti son 55 ilin rekordunu yeniləyib

Misin qiyməti son 55 ilin rekordunu yeniləyib

09.07.2025 [23:41]

ABŞ-ın mis idxalına 50 faizlik gömrük rüsumu tətbiq etməsi barədə xəbərlər fonunda Nyu-Yorkun “Comex” birjasında bu metalın fyuçersləri 13 faiz bahalaşaraq 1969-cu ildən bəri ən yüksək səviyyəyə çatıb.

AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, ticarət sessiyasının sonunda misin qiyməti yeni tarixi maksimuma – funtu 5,69 dollara yüksəlib.

ABŞ Prezidenti Donald Tramp kabinetinin iclasında mis idxalına 50 faizlik rüsumun tətbiqinin məntiqli olduğunu deyib. Daha sonra Birləşmiş Ştatların ticarət naziri Hovard Latnik CNBC telekanalına müsahibəsində tarifin cari ayın sonlarında və ya avqustun əvvəlində qüvvəyə minəcəyini bildirib.

Qeyd edək ki, Çili ABŞ-a ən böyük mis tədarükçüsüdür. Birləşmiş Ştatlara ümumi idxalın təxminən 70 faizi bu ölkənin payına düşür. Həmçinin Kanada və Perudan ABŞ-a böyük həcmdə mis idxal olunur.

Paylaş:
Baxılıb: 475 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Xəbər lenti

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30