Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransa Milli Assambleyasının üç deputatı istefa verib

Fransa Milli Assambleyasının üç deputatı istefa verib

11.07.2025 [22:36]

Fransa Milli Assambleyasının üç deputatının fəaliyyəti Konstitusiya Şurası tərəfindən qeyri-qanuni elan edildikdən sonra onlar istefa veriblər.

AZƏRTAC xəbər verir ki, bunlar “Respublika uğrunda birlikdə” (EPR) partiyasının deputatları Stefan Vojetta və Jan Losuq, “Respublika naminə Demokrtalar Birliyi” (UDR) partiyasından Brijit Barejdir.

Stefan Vojetta nəqliyyat xərcləri də daxil olmaqla, seçki kampaniyası zamanı çəkilən xərclərin əhəmiyyətli hissəsini qaydasız ödəməkdə, Brijit Barej bələdiyyə sədri olduğu müddətdə vəzifəsindən sui-istifadə etməkdə, Jan Losuq təşviqat xərclərini şəxsi bank hesabından istifadə edərək ödəməkdə və üçüncü tərəflərə 2024-cü il seçki kampaniyası üçün çəkilən xərclərin əhəmiyyətli hissəsini birbaşa ödəməyə icazə verməkdə ittiham olunur.

Konstitusiya Şurası elan edib ki, üç deputatın fəaliyyəti bir il müddətinə qeyri-qanuni elan olunub və deputatlar istefa veriblər.

Paylaş:
Baxılıb: 408 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30