Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / PUA hücumu nəticəsində İraq Kürdüstanında neft yataqlarının fəaliyyəti dayanıb

PUA hücumu nəticəsində İraq Kürdüstanında neft yataqlarının fəaliyyəti dayanıb

16.07.2025 [17:45]

Artıq üçüncü gündür ki, İraq Kürdüstanının bir neçə neft yatağı PUA hücumuna məruz qalır. Bu gün baş vermiş təkrar hücum nəticəsində Zaxu regionundakı Tavki və Pişxabur yataqlarına böyük zərər dəyib, nəticədə yataqlar fəaliyyətini dayandırıb.

AZƏRTAC İraq xəbər agentliyinə istinadla bildirir ki, bu barədə İraq Kürdüstanı regionunun Təbii Ehtiyatlar Nazirliyinin açıqlamasında deyilir.

“Əl-Arabiyyə” telekanalı xəbər verir ki, yataqlar Norveçin DNO şirkəti tərəfindən idarə olunur. Şirkətdən bildiriblər ki, zərərin qiymətləndirilməsi üzrə aparılan təhqiqat bitən kimi quyuların fəaliyyətinin bərpa olunması gözlənilir.

Bildirilir ki, İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani hadisə ilə bağlı araşdırmanın başlaması barədə göstəriş verib.

Paylaş:
Baxılıb: 275 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30