Trampın tarifləri Cənubi Afrikada 100 minə yaxın iş yerini təhlükə altına qoyur
16.07.2025 [18:23]
Cənubi Afrika Mərkəzi Bankının rəhbəri Lesetya Kqanyaqonun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Cənubi Afrikaya tətbiq etdiyi tariflər 100 minə yaxın iş yerinin itirilməsinə səbəb ola bilər ki, bu da ən çox kənd təsərrüfatı və avtomobil sektorunda baş ver bilər.
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, bankir Afrikanın ən böyük iqtisadiyyatının avqustun 1-dən tətbiq ediləcək 30 faizlik tarifin təsirini konkret sənaye sahələrində ciddi ziyanla hiss edəcəyini qeyd edib.
O əlavə edib: “Kənd təsərrüfatı üçün nəticələr olduqca dağıdıcı ola bilər, çünki aqrar sektorda bir çox aşağı ixtisaslı işçilər çalışır və bu halda söhbət sitrus meyvələri, süfrə üzümləri və şərablardan gedir”.
Bankın rəhbəri Tramp administrasiyasının aprel ayında avtomobil idxalına tariflər tətbiq etməsindən sonra Cənubi Afrikadan ABŞ-a avtomobil ixracının 80 faizdən çox azaldığını göstərən statistikanın ciddi narahatlıq doğurduğunu bildirib. O qeyd edib: “Alternativ tədbirlər tapmasaq, 100 min nəfərə yaxın işçi iş yerini itirə bilər, bu, həqiqətən də qarşılaşdığımız çətin bir vəziyyətdir”.
Cənubi Afrika artıq bu ilin birinci rübündə rəsmi rəqəmlərlə 32,9 faiz və geniş kontekstdə 43,1 faiz olmaqla dünyanın ən yüksək işsizlik səviyyəsindən birinə sahibdir.
Təsərrüfat qrupları, həmçinin sitrus, makadamiya qoz-fındıqları, üzüm, şərab, meyvə şirələri və dəvəquşu dərisi istehsalçılarına mənfi təsirlər barədə xəbərdarlıq ediblər. Təkcə sitrus sektorunda tariflər 35 minə yaxın iş yerini riskə atıb və ABŞ-a ixracata çox güvənən Qərbi Keypdəki Sitrusdal kimi şəhərlər boşalmaq təhlükəsi ilə üzləşib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

