Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ukrayna Rusiyanın ən böyük NEZ-lərindən birinə hücum edib

Ukrayna Rusiyanın ən böyük NEZ-lərindən birinə hücum edib

02.08.2025 [19:44]

Ukrayna Rusiyadakı Ryazan Neft Emalı Zavodunda (NEZ) zərbə endirib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri məlumat yayıb.

“Ukraynanın dövlət sərhədindən 470 km-dən də uzaq məsafədə yerləşən bu müəssisə Rusiyada neft emalının ümumi həcminin 6,1 %-ni (ildə 17 milyon tona qədər) təmin edir və ölkənin dörd ən böyük neft emalı zavodundan biridir. Zərbə nəticəsində zavodun ərazisində irimiqyaslı yanğın baş verib, onun istehsalat gücləri isə ciddi ziyan görüb. Zərbənin nəticələri dəqiqləşdirilir”, - məlumatda deyilir.

Həmçinin vurğulanıb ki, Ukrayna ilə sərhəddən 240 km aralıda yerləşən Voronej vilayətinin Anna kəndindəki “Annanefteprodukt” neft bazası da vurulub. Mövcud məlumatlara görə, bu müəssisə eyni vaxtda 50-yə qədər dəmir yolu çənini qəbul etmək və ildə 160 min tona qədər yüngül neft məhsulları emal etmək gücündədir. Dəymiş ziyanın həcmi barədə məlumatlar dəqiqləşdirilir.

Paylaş:
Baxılıb: 426 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30