Tehran-İslamabad münasibətlərində yeni mərhələ...
06.08.2025 [11:23]
Gərginliklər aradan qaldırılacaqmı?
İran-Pakistan münasibətlərində yeni səhifə açılır. Hər iki ölkə bir çox sahələrdə ikitərəfli əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. Belə ki, İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian avqustun 2-3 - də Pakistana rəsmi səfər edib. İranın “Tasnim News” agentliyinin məlumatına görə, rəsmi səfər çərçivəsində Pezeşkian və həmkarı - Pakistan baş naziri Şahbaz Şərifin rəhbərliyi ilə iki ölkənin yüksək səviyyəli rəsmilərinin birgə görüşü keçirilib və sonda isə M.Pezeşkian və Ş.Şərifin iştirakı ilə Tehran və İslamabad arasında əməkdaşlığın inkişafına və şaxələnməsinə dair 12 müqavilə imzalanıb - sazişlər əsasən turizm, kənd təsərrüfatı, məhkəmə-hüquqi əməkdaşlıq, sənaye, elm və texnologiya, nəqliyyat və tranzit, mədəni irs, ticarət-iqtisadi əməkdaşlıq sahələrini əhatə edir. İmzalanan sənədlər, həmçinin bilik mübadiləsinin təşviqi, ticarət potensialının inkişafı, millətlərarası əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında regional əlaqələrin inkişafı üçün zəmin yaradacaq. Bundan başqa, İran və Pakistan arasında ticarət dövriyyəsinin 3 milyard dollardan 10 milyard dollara yüksədilməsi, o cümlədən iki ölkənin regional təhlükəsizliyinin təminatı istiqamətində birgə addımların atılması barədə razılıq əldə olunub.
İqtisadi və hərbi-təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlıq
Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, İran prezidenti Məsud Pezeşkianın Pakistana rəsmi səfəri regionda iki böyük dövlət arasında münasibətlərin yeni mərhələsinə işarə edir.
“Hazırda hər iki ölkə iqtisadi, ticari sahədə əmakdaşlığı genişləndirməkdə maraqlıdırlar. Elə İran prezidentinin səfər proqramından da bu aydın hiss olunurdu. Pezeşkianın səfəri çərçivəsində İran ilə Pakistan arasında 12 əməkdaşlıq sənədi imzalanıb, bunlar arasında ticarət, nəqliyyat, turizm, kənd təsərrüfatı, mədəniyyət, hüquq və elm sahələri var. Hazırkı ticarət həcmi təqribən 3 milyard ABŞ dolları həcmindədir və onlar tərəfindən bu rəqəmin 10 milyarda çatdırılması nəzərdə tutulub. Vurğulamaq istərdim ki, İran Pakistanı Çin-Pakistan İqtisadi Kəməri və İran vasitəsilə Avropaya birləşən nəqliyyat dəhlizində strateji həlqə kimi görür ki, bu da hər iki ölkə arasında iqtisadi münasibətlər baxımından olduqca ciddi məqamdır,” - deyə V.Zifəroğlu vurğulayıb ki, hər iki ölkə arasında təhlükəsizlik və hərbi sahələrdə də əməkdaşlığa xüsusi diqqət yetirilir: “Hər iki ölkə İranın Sistan-Bəlucistan və Pakistanın Balocistan bölgələrindəki silahlı qruplara qarşı birgə tədbirlər planlayır. Eyni zamanda, İranın və Pakistanın hərbi rəsmiləri arasında birgə hərbi avadanlıq istehsalı və kəşfiyyat əməkdaşlığının dərinləşdirilməsi ətrafında da müzakirələr aparılır. Pezeşkian “İran-Pakistan yaxın strateji tərəfdaşlardır”,- ifadəsini işlədib, bu da təhlükəsizlik sahəsindəki potensialın artacağına işarədir”.
Tehran regional balans axtarışındadır
V.Zifəroğlu hesab edir ki, hazırki şəraitdə Asiyanın nüvə ölkəsi - Pakistanla münasibətlərin genişləndirilməsi İran üçün xüsusi əhəmiyyət kəsb edir: “Rəsmi Tehran son baş vermiş proseslər - proksi-qüvvələrin faktiki olaraq zəiflədilməsi istiqamətində İsrailin əməliyyatları, Suriyada Əsəd rejimin süqutu, 12 günlük İran-İsrail müharibəsi fonunda regional diplomatik balans axtarışındadır. İran son vaxtlar Qərblə sərt ritorikadan çəkinərək, faktiki olaraq Pakistanla münasibətləri normallaşdırmaqla mədəni və regional balans qurmağa çalışır.Təbii ki, Pakistandan da İranın nüvə proqramına dəstək və İsrailə qarşı vahid dayanışma ifadələri səslənib. Pezeşkian isə Şahbaz Şəriflə görüşündə Pakistan-Hindistan münasibətlərdə vasitəçilik etməkdə maraqlı olduğunu bəyan edib”.
Münasibətlər inkişaf edəcək, amma....
“Lakin bu iki ölkə arasında münasibətlər bir o qədər sadə deyil. Keçmişdəki qarşılıqlı hava zərbələrinin (2024-cü ilin yanvar ayında İranın Pakistan ərazisinə hücumu və Pakistanın cavab tədbirləri) nəticələri hələ də qalmaqdadır - bu da iki tərəf arasında bir-birinə inam problemləri yaradır. 2024 və 2025-də Pakistan və İran vətəndaşlarının sərhəddə silahlı hücuma məruz qalması, diplomatların mübadiləsi kimi diplomatik gərginliklər davam edir. ABŞ-ın iqtisadi və təhlükəsizlik nəzarəti isə İran-Pakistan layihələrinə, xüsusilə qaz kəmərinə təsir göstərə bilər,” - deyə V.Zifəroğlu qeyd edib. Ekspert əlavə edib ki, Pezeşkianın Pakistana səfəri??? ikitərəfli diplomatik-siyasi, iqtisadi-ticari və hərbi-təhlükəsizlik sahələrində əməkdaşlıq üçün yeni fürsətlər yaradacağı ehtimal olunur. “Pakistan və İran ticarət, enerji, təhlükəsizlik və diplomatik istiqamətlərdə strateji tərəfdaşlığa doğru ciddi addımlar atır. Lakin etibar yaratmaq üçün əvvəlki gərginlikləri aradan qaldırmaq, sərhəd təhlükəsizliyi, separatizm və iqtisadi sanksiyalara qarşı davamlı mexanizmlər qurmaq vacibdir”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

