Diqqət Vaşinqtona!!!
19.08.2025 [11:54]
Tramp sülh üçün hamını Ağ Evə yığdı
Avropa gözləmə mövqeyində: ya davam, ya da... “offsayd”
Alyaska görüşünün ardından ABŞ prezidenti Donald Trampın Avropa və Ukrayna lideri ilə görüşü olduqca böyük maraq kəsb edirdi. Qeyd edək ki, görüş öncəsi həm Rusiya, həm Avropa, həm də ABŞ mətbuatı nəticələrlə bağlı proqnozlar səsləndirir, hətta fors-major situasiyalardan bəhs edirdilər. Prosesin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı yekdil rəy olmasa da, Alyaska görüşünün nəticələri, verilən mesajlar və ən əsası Avropa liderləri ilə keçirilməsi nəzərdə tutulan müzakirələr qarşıdakı dövrün fərqli bir dövr olacağına işarə edirdi. Razılıq əldə ediləcəyi təqdirdə Mərkəzi Avropaya sülh gələcək, dünyanın iqtisadi proqnozlaşdırması dəyişəcək, silahlar susacaqdı. Təbii ki, fərqli bir nəticə əldə olunacaqdısa...
Zelenskidən xəbərdarlıq: ölkəmizi müdafiə edəcəyik
Tramp-Zelenski görüşündən öncə əsas müzakirə predmeti Rusiya dövlət başçısının Alyaskada verdiyi mesajlara rəsmi Kiyevin reaksiyası idi. Gözlənilən reaksiya isə görüşdən saatlar öncə - avqustun 18-də səhər saatlarında gəldi. Ukrayna Prezidenti Zelenskinin Vaşinqtona çatdıqdan sonra yazdığı ilk mesajda bildirilirdi ki, “Mən artıq Vaşinqtondayam. Sabah ABŞ prezidenti ilə, eləcə də Avropa liderləri ilə görüşəcəyik. ABŞ prezidentinə dəvət üçün təşəkkür edirəm. Biz hamımız istəyirik ki, bu müharibə tez və dayanıqlı sülh ilə bitsin. Bu dəfə əvvəlki illərdə olduğu kimi olmamalıdır - nə 1994-cü ildə verilən, amma işləməyən “təhlükəsizlik zəmanətləri”, nə də Krım və Donbasın güzəştə gedilməsi təkrar olunmamalıdır”.
Ukrayna lideri vurğulayıb ki, bu gün ukraynalılar müstəqillik və torpaqlarını qorumaq uğrunda inadla mübarizə aparırlar: “Ukraynalılar 2022-ci ildən sonra nə Kiyevi, nə Odessanı, nə də Xarkovu vermədilər. Bu gün Donetsk və Sumı istiqamətlərində ordumuzun uğurları var. Əminəm ki, ölkəmizi müdafiə edəcəyik, real təhlükəsizlik zəmanətləri qazanacağıq”.
Zelenski, həmçinin, ABŞ prezidenti Trampa, amerikalılara və Avropa tərəfdaşlarına göstərdikləri dəstəyə görə təşəkkür edib:
“Bizim xalqımız prezident Trampa, Amerikadakı hər kəsə və bütün tərəfdaşlara dəstəyə görə minnətdardır. Rusiya başladığı bu müharibəni dayandırmalıdır. Mən inanıram ki, ABŞ-la, Avropadakı dostlarımızla birgə gücümüz Rusiyanı həqiqi sülhə məcbur edəcək”.
Qərb mətbuatı “iş başında”...
Qərb mətbuatı da görüşə həssas yanaşıb - görüşə saatlar qalmış Böyük Britaniyanın “Guardian” nəşri görüş ərəfəsində gərginli??? pik həddə çatdığını yayıb. Bildirilib ki, Tramp Ukraynanın NATO və Krım tələbinə “qapıları bağlayıb”, Zelenski isə ərazi məsələsində güzəştə getməkdən imtina edir. Nəşr yazıb ki, Tramp sammit öncəsi Zelenskiyə təzyiqləri artırıb. “Ukrayna prezidentinin istəsə, müharibəni “az qala” bitirə biləcəyini vurğulayan ABŞ prezidenti Ukraynanın NATO-ya üzv olmasına və ya Rusiyanın işğalı altında olan Krımı geri alma ehtimalını rədd edib” - məqalədə vurğulanır.
Bundan başqa, Tramp “Truth” sosial media platformasında verdiyi açıqlamada bildirib ki, Ukraynanın NATO-ya qoşulması və Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımı geri almasından söhbət gedə bilməz.
“Wall Street Journal” isə situasiyanı daha fərqli istiqamətlərdən qiymətləndirib - bildirilib ki, Zelenskinin əsas vəzifələrindən biri ABŞ Prezidenti Donald Trampı müharibənin tez bitməsi üçün alternativ yolların mövcudluğuna inandırmaq olacaq. Nəşr yazıb ki, Avropanın məsələdəki rəyi bəllidir - Zelenski fevral ayında olduğu kimi Putinin tələblərini rədd etsə, Tramp və Zelenski arasında yeni gərginliyin yaranma ehtimalı yüksəkdir. Buna görə də, Ukrayna lideri müharibənin tez bitməsi üçün daha yaxşı variantların olduğunu Tramp qarşısında təqdim etməli olacaq.
Tramp yazdı: Krımın taleyi...
Beləliklə, görüş öncəsi mənzərə belə təsvir oluna bilər:
- ABŞ müharibənin bitməsi üçün bütün gücünü səfərbər edib;
- Tərəflər arasında razılığın əldə olunmasına imkanlar var - sadəcə, həm Rusiya, həm də Ukrayna ilkin mərhələdəcə bu “sövdələşmədən” qazanclı çıxmaq istəy?rlər.
Trampın “Truth” sosial şəbəkəsində yazdığı mesajdan isə bəlli olur ki, Vaşinqtonun hədəfi sülhü bərpa etməkdir. Ağ Ev rəhbərinin mesajına əsasən, Kiyevin Rusiya təcavüzünü dayandırmaq üçün razılaşmalı olduğu şərtlər onun nöqteyi-nəzərindən Rusiyanın ilhaq etdiyi Krım yarımadasına iddialardan, eləcə də Ukraynanın NATO yolundan imtina etməsidir. Bundan əvvəl isə ABŞ Dövlət katibi Marko Rubio NBC News xəbər xidmətinə müsahibəsində və ABC News-un hazırladığı “This Week” proqramında bildirmişdi ki, “Əgər ukraynalılar bundan (Moskvanın iddia etdiyi ərazilərdən - red.) əl çəkməyə hazır olmasalar və heç kim Ukraynanı buna sövq etməsə, sülh sazişi baş tutmaya bilər”.
Görüşdən əvvəl...
Bakı vaxtı ilə saat 21:15-də başlayacağı və 1 saat davam edəcəyi elan olunan görüşdən sonra Tramp və Avropa liderlərinin çoxtərəfli görüşünün də olacağı bildirilmişdi. Yayılan xəbərdə deyilirdi ki, Almaniya kansleri Fridrix Merz, Böyük Britaniyanın ?aş naziri Key Starmer, İtaliyanın Baş naziri Corcio Meloni, Finlandiya və Fransa prezidentləri Aleksandr Stubb və Emmanuel Makron, həmçinin NATO-nun ?aş katibi Mark Rutte və Avropa Komissiyasının sədri Ursula ?on der Leyenin də iştirak edəcəyi görüşdə Avropa liderləri və Ukrayna prezidenti Vaşinqtonda Kiyev üçün təhlükəsizlik təminatlarını müzakirə edəcəklər. Müzakirə predmeti isə belə idi - “Sülhün gəlməsi üçün Rusiya tərəfi etiraf etməlidir ki, Ukrayna özünümüdafiə hüququna və öz müdafiəsi üçün başqa ölkələrlə ittifaqlara girmək hüququna malik olan suveren dövlətdir”. Bunu ABŞ Dövlət Departamentinin rəhbəri bildirmişdi.
Birinci ssenari: qısamüddətli sülh, yoxsa əbədi “intriqa”?
Bir çox siyasi texnoloqların da proqnozlaşdırdığı kimi, Vaşinqton danışıqlarının nəticələri 3 ssenari üzrə inkişaf edə bilər. İlkin və daha loyal yol sayılan ssenari məhz Ukraynanın irəli sürülən şərtlərə razı olması ilə müşay?ət olunur. Əslində, hazırkı vəziyyətdə sülh razılaşmasına ehtimal əvvəlki dövrlərə nisbətən mövcuddur - Alyaska sammiti nəticəsində gələcək razılaşmalara yol açacağı düşünülən bir çərçivə və düşüncə artıq formalaşıb. İrəli sürülən şərtlər isə əsasən Rusiyanın işğal etdiyi Donbas (Donetsk və Luqansk bölgələri) üzərində nəzarəti tanımaq, Krımı Moskvaya təslim etmək və NATO-ya üzvlükdən imtina etməkdir. Siyasi təhlillərdən belə bəlli olur ki, təklif olunan kompromislərdən biri Donbasın qarşılığında Xerson ətrafı bölgələrin Ukraynaya qaytarılmasıdır. NATO üzvlüyü ilə bağlı məsələ isə “5-ci maddəyə oxşar” bir əlavə ilə tənzimlənə bilər.
Bu halda Ukrayna özünün konstitusiyasını dəyişməlidir - hazırkI situasiyada Ukrayna Konstitusiyası sərhədlərin referendum olmadan dəyişdirilməsinə imkan vermir. Məhz bunu nəzərə alaraq bəzi analitiklər gözlənilən sülh müqaviləsinin uzunmüddətli deyil, qeyri-dayanıqlı sayırlar. Bu halda isə:
- Qısa müddətli sülh əldə edilə bilər, ancaq hüquqi, siyasi və strateji risklər yenə də qalacaq;
- Təhlükəsizlik zəmanətləri real və dayanıqlı olmayacağı təqdirdə, qarşıdurma fərqli fazaya qədəm qoyacaq;
- Bu, yeni hücumlara yol açan impuls da ola bilər.
İkinci ssenari: “yox” cavabı beynəlxalq üstünlük yaradır, cəbhədə risklər formalaşdırır
Təhlil olunan ikinci ssenari isə daha çox gözləniləndir - Zelenskinin irəli sürülən şərtlərə yenidən yox deməsi vəziyyəti və situasiyanı daha da qəlizləşdirə bilər. Bu halda müharibənin hazırkı intensivliyi müəyyən müddət davam edə bilər - ABŞ və Avropa ölkələrinin mövqeyindən asılı olaraq, yardımın davamı da gündəmə gələ bilər, amma Tramp administrasiyasının belə olan halda Ukraynaya hərbi yardım edəcəyi sual altına düşəcək. Bu isə cəbhədə riskləri artıra bilər - Rusiya razılaşma alınmamasını bəhanə edib yeni hücumlar həyata keçirə, xüsusən Donbas və cənub istiqamətində təzyiqi artıra bilər.
Belə bir ssenari ABŞ - Avropa münasibətlərinə də təsirsiz ötüşməyəcək. ABŞ-ın tutduğu mövqe Avropa liderlərinin narahatlığını gücləndirəcək ki, onlar cəbhədə qiyabi də olsa, Rusiya ilə üz - üzə qalası olacaqlar. Amma belə bir mövqe beynəlxalq hüquqa əsaslanan legitimlik üstünlüyünü saxlayacaq - Ukrayna bu halda gələcək diplomatik danışıqlarda üstün mövqe əldə edə bilər. Razılaşma olmayacağı təqdirdə NATO-dan kənar təhlükəsizlik zəmanəti də işə düşməyəcək. Bu baş verməsə:
- Qısa müddətdə: sülh əldə olunmayacaq, müharibə davam edəcək, amma Ukrayna güzəşt etmədiyi üçün daxildə və Avropada siyasi dəstəyini möhkəmləndirəcək.
- Orta müddətdə: ABŞ-dan gələcək yardımın miqdarı və şərtləri Trampın mövqeyindən asılı olacaq. Əgər yardım kəsilərsə, Ukrayna daha çox Avropaya yönələcək.
- Uzun müddətdə: Ukraynanın sərt “yox” mövqeyi, müharibənin “donmuş konflikt” formasında uzadacaq.
Nəticə etibarı ilə, Zelenski Vaşinqton danışıqlarında Trampın şərtlərinə razılaşmasa, Ukraynanın mövqeyi beynəlxalq hüquqa uyğun qalacaq - lakin bu addım həm də hərbi riskləri gücləndirəcək.
Üçüncü ssenari: 18 avqustdan 22 avqusta kimi...
Maraq doğuran üçüncü ssenari isə yeni görüş - avqustun 22-nə üçtərəfli formatda görüşlə bağlıdır. Qeyd edək ki, avqustun 18-də baş tutacaq görüş reallaşmamış avqustun 22-nə yeni görüş təy?? edilməsi siyasi mütəxəssislər tərəfindən birmənalı qarşılanmayıb. Bu, sanki “daha real addımlar üçün masa” və ya problemin hərtərəfli müzakirəsinin təşkili təsirini bağışlayır. Bu halda Avropa liderləri sanki onların sadəcə məlumatlandırma üçün çağırıldıqlarını hiss edəcəklər - bu isə, Qərb üçün böyük narahatlıqlar yaradacaq.
Belə bir ssenari olacağı təqdirdə Avropa prosesdən kənarda qalacaq - başqa sözlə, “offsayda” düşəcək. Avropanın əsas narahatlıqları da siyasi kənarda qalmaq riskindən qaynaqlanır - ABŞ, Rusiya və Ukrayna arası?da üçlü razılaşma əldə olunarsa, Avropa İttifaqının siyasi təsir gücü zəifləyə bilər. Avropa prosesin yalnız müşahidəçisi rolunda görünə bilər. Bu isə həm də geosiyasi balansın pozulmasına gətirib çıxaracaq - əgər Ukrayna Trampın təklif etdiyi şərtləri qəbul edərsə, Avropa bu qərara təsir göstərə bilmədiyi üçün öz təhlükəsizlik arxitekturasında ciddi boşluq ilə üz-üzə qalacaq. Eləcə də bu, NATO və Aİ-nin mövqeyinə zərbə olacaq. Bu kompromis Avropa ölkələrinin müdafiə və təhlükəsizlik sahəsində prioritetlərini ikinci plana ata bilər - onsuz da ABŞ son vaxtlar NATO ilə bağlı heç də ürəkaçmayan bəyanatlar verir. Paralel olaraq Avropa ölkələri, xüsusilə Polşa, Baltik dövlətləri və Almaniya, Ukraynanın ərazi bütövlüyü məsələsində güzəşt edilməsinin öz milli təhlükəsizliyi üçün ciddi presedent yaradacağından ehtiyatlanacaq. Siyasi mütəxxəsislər iddia edirlər ki, Ukraynanın torpaq güzəşti Avropanın Şərq sərhədlərində “təhlükəli domino effekti” doğura bilər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
YAP xəbərləri
26 Oktyabr 12:35
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
YAP xəbərləri
26 Oktyabr 10:34
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
YAP xəbərləri
26 Oktyabr 00:33
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54

