Məşhur tennisçi Rocer Federer “Forbes” jurnalının milyarderlər siyahısında yer alıb
24.08.2025 [17:13]
İsveçrəli məşhur tennisçi Rocer Federer “Forbes” jurnalının milyarderlər siyahısında yer alıb.
AZƏRTAC xəbər verir ki, nəşrin hesablamalarına görə, 44 yaşlı idmançının sərvəti 1,1 milyard ABŞ dolları dəyərində qiymətləndirilir. O, 2022-ci ildə karyerasını başa vuranadək turnirlərdən 130 milyon dollardan bir qədər çox mükafat qazanıb. Lakin tennis karyerası ərzində sponsorluqlar, çıxışlar və digər biznes fəaliyyətlərindən təxminən 1 milyard ABŞ dolları qazanıb. Bu məbləğ Novak Cokoviç və ya Rafael Nadalın qazandıqlarının iki qatından çoxdur. R.Federer bəzi brendlərlə on ildən artıq müddətdə əməkdaşlıq edib və ardıcıl 16 il dünyanın ən yüksəkgəlirli tennisçisi olub. 2020-ci ildə isə R.Federer bütün idmançılar arasında liderlik edərək, 106,3 milyon dolları gəlir əldə edib. Bundan əlavə, R.Federer investisiyalarla da fərqlənib. İsveçrənin qaçış ayaqqabıları istehsal edən “On” şirkətinə yatırdığı sərmayə ona xeyli gəlir gətirib.
İsveçrəli tennisçi idman karyerasının aktiv dövründə ümumi gəliri 1 milyard dolları keçmiş cəmi yeddi idmançıdan biri kimi tarixə düşüb. Bu siyahıya basketbolçu Lebron Ceyms, qolfçu Tayqer Vuds və Fil Mikkelson, futbolçu Kriştiano Ronaldo və Lionel Messi, eləcə də boksçu Floyd Meyvezer daxildir.
Qeyd edək ki, idman tarixində ilk milyarder tennisçi rumıniyalı İon Țsiriak olub. Kommunizmin süqutundan sonra biznes fəaliyyətinə başlayan İ.Tsiriak daşınmaz əmlak, avtomobil satışı və maliyyə xidmətləri sahəsində böyük sərvət qazanıb. O, 2007-ci ildə “Forbes”in milyarderlər siyahısına daxil edilib və hazırda sərvəti 2,3 milyard dollar dəyərində qiymətləndirilir.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27

