Yunanıstan sığınacaq müraciətinə rədd cavabı alan şəxslərə qarşı tədbirləri sərtləşdirir
03.09.2025 [22:41]
Yunanıstan parlamenti çərşənbə günü sığınacaq xahişinə rədd cavabı verilən şəxslər üçün cəzaları sərtləşdirən və onların öz ölkələrinə qayıtmasını sürətləndirən qanun qəbul edib. Bu qanun 2025-ci ildə Yunanıstanın cənub sərhədinə gələnlərin sayının kəskin artması fonunda hazırlanıb.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, Aralıq dənizi ölkəsi 2015-2016-cı illərdə miqrasiya böhranının önündə olub, bir milyondan çox insan Yaxın Şərq və Afrikada müharibə və yoxsulluqdan qaçaraq Avropaya keçib. Bundan sonra miqrant axını yavaşlayıb. Bununla belə, bu il Krit və Qavdos adaları vasitəsilə Liviyadan gələnlərin sayının artması hökuməti Şimali Afrika qaçqınlarının sığınacaq üçün müraciətlərini müvəqqəti qadağan etməyə vadar edib.
Qanuna əsasən, üçüncü ölkələrdən Avropanın ən cənub nöqtəsinə daxil olan qeyri-qanuni miqrantlar evlərinə qayıtmalıdır, əks halda onları azı 24 ay həbs cəzası və 10 min avroya qədər cərimə gözləyir. Qanun layihəsi Baş nazir Kiriakos Mitsotakisin mühafizəkar hökuməti dövründə miqrasiya qanunlarının daha da sərtləşdirilməsini ifadə edir. Onun administrasiyası 2019-cu ildə hakimiyyətə gəldikdən sonra Yunanıstanın şimal sərhədləri boyunca hasar çəkib və miqrantların keçməsinin qarşısını almaq məqsədilə dəniz patrullarının sayını artırıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) bildirib ki, qanun beynəlxalq müdafiəyə ehtiyacı olan miqrantları cəzalandırmaqla hədələyir.
Yunanıstan hakimiyyəti iyul ayında sığınacaq müraciətlərinin qəbulunu dayandırdıqdan sonra yüzlərlə qeyri-qanuni miqrantı geri qaytardığını bildirib. Bu ay miqrantları geri qaytarmaq üçün Pakistan, Banqladeş və Misirə daha çox uçuşların təşkili planlaşdırılır.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

