Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniyanın Baden-Vürttemberq əyalətində supermarketin damı çöküb, dörd nəfər xəsarət alıb

Almaniyanın Baden-Vürttemberq əyalətində supermarketin damı çöküb, dörd nəfər xəsarət alıb

07.09.2025 [13:19]

Almaniyanın Baden-Vürttemberq əyalətindəki Lauxrinqen şəhərində supermarketin dam örtüyünün çökməsi nəticəsində dörd nəfər xəsarət alıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Yaralılların şəxsiyyəti və hadisənin başvermə səbəbləri barədə məlumat verilməyib.

Hadisə zamanı supermarketdə müştəri və işçilər də daxil olmaqla 26 nəfər olub. Qəzadan dərhal sonra hadisə yerinə təhlükəsizlik və xilasetmə qüvvələri, təcili yardım briqadaları, o cümlədən helikopter cəlb olunub və insanlar dərhal təxliyə edilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 347 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30