Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Fransada tətil səbəbindən ictimai nəqliyyatın hərəkəti məhdudlaşıb

Fransada tətil səbəbindən ictimai nəqliyyatın hərəkəti məhdudlaşıb

18.09.2025 [14:16]

Fransanın bir sıra şəhərlərində tətillə əlaqədar ictimai nəqliyyatın hərəkətində fasilələr yaranıb.

AZƏRTAC xəbər verir ki, BFM telekanalının məlumatına görə, xüsusilə Lion, Bordo və Nantda tramvay və avtobus xidməti məhdudlaşdırılıb. Parisdə və paytaxt regionunda metro və şəhərətrafı qatarların hərəkətində də problemlər yaşanır.

Fransa Daxili İşlər Nazirliyi tətil və onunla bağlı aksiyalar zamanı asayişi qorumaq üçün 80 min polis və jandarm cəlb olunacağını bildirib.

Bu arada BFM televiziyasının sorğusu göstərib ki, Fransa vətəndaşlarının 56 faizi tətili dəstəkləyir. Digər 25 faiz ona qarşıdır, 18 faiz isə məsələyə biganə münasibət bəsləyir.

Həmkarlar ittifaqları fransızları cümə axşamı günü küçələrə çıxaraq sabiq Baş nazir Fransua Bayrunun təqdim etdiyi büdcə tədbirlərindən narazılıqlarını ifadə etməyə çağırıb.

Paylaş:
Baxılıb: 456 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Sosial

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30