Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ukrayna və Polşa pilotsuz uçuş sistemləri üzrə birgə əməliyyat qrupunun yaradılması barədə razılaşıb

Ukrayna və Polşa pilotsuz uçuş sistemləri üzrə birgə əməliyyat qrupunun yaradılması barədə razılaşıb

18.09.2025 [22:15]

Ukrayna və Polşa pilotsuz uçuş sistemləri üzrə birgə əməliyyat qrupunun yaradılması barədə razılığa gəlib.

AZƏRTAC xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Denis Şmıqal Kiyevdə Polşanın müdafiə naziri ilə birgə keçirdiyi brifinqdə bildirib.

“Bu gün biz bir sıra mühüm addımlar barədə razılığa gəldik. Birincisi, Ukrayna və Polşa Silahlı qüvvələrinin nümayəndələrinin daxil olacağı pilotsuz uçuş sistemləri üzrə birgə əməliyyat qrupunun yaradılmasıdır. Bu qrup Ukrayna və Polşa tərəfinin birgə təşəbbüslərinin əlaqələndirilməsi və inkişafı üçün platformaya çevriləcək. Biz ən son müdafiə texnologiyalarını birləşdirəcəyik və mühüm infrastrukturumuzun mühafizəsini gücləndirən yeni layihələrə başlayacağıq. Bu, birgə əməliyyat qrupunun mərkəzi elementi, birgə təlim proqramları olacaq və əminəm ki, ümumi düşmənlə mübarizə qabiliyyətimizi gücləndirəcək”, - deyə Şmıqal vurğulayıb.

Şmıqal məlumat verib ki, ikinci saziş Ukrayna və Polşa müdafiə-sənaye müəssisələri arasında əməkdaşlığı gücləndirməkdən ibarətdir: “Ukrayna pilotsuz sistemlər sahəsində dünya lideridir, ona görə də biz hava, dəniz, yerüstü pilotsuz təyyarələr, robot sistemləri istiqamətində birgə layihələr hazırlamağa hazırıq”.

O əlavə edib ki, əməkdaşlığın digər prioriteti ballistik raketlər və süni intellektdir ki, bu da ümumi təhlükəsizlik və düşmənin qarşısının alınması üçün müasir texnologiyaları daha sürətli inteqrasiya etməlidir.

Paylaş:
Baxılıb: 607 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30