/ / Papuaşvili: Bir neçə ölkənin hakim partiyalarını birləşdirən Avropa Xalq Partiyası ekstremizmi dəstəkləyir
Papuaşvili: Bir neçə ölkənin hakim partiyalarını birləşdirən Avropa Xalq Partiyası ekstremizmi dəstəkləyir
22.09.2025 [22:51]
Bir neçə ölkənin hakim partiyalarını ətrafında birləşdirən Avropa Xalq Partiyası (AXP) Gürcüstanın keçmiş hakim partiyası “Vahid Milli Hərəkat”ı (VMH) dəstəkləməkdə davam edərək ekstremizmin tərəfinə keçib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.
O deyib ki, sentyabrın 11-də VMH-nin siyasi şurasının sədri Levan Xabeişvili hökumətin devrilməsinə açıq çağırışda ittiham olunaraq həbs edilib. AXP (EPP) isə bəyan edib ki, Xabeişvilinin “absurd ittihamlarla” həbsi hakimiyyətin repressiv yolla ələ keçirilməsinin sübutudur. Partiya hesab edir ki, qərbyönlü qüvvələri siyasi proseslərdən kənarlaşdırmaqla Gürcüstan diktaturaya doğru irəliləyir.
“Bu, mütləq qalmaqaldır. Hətta bir neçə ölkənin hakim partiyalarını birləşdirən Avropa Xalq Partiyası ekstremizmi və daxili terrorizmi dəstəkləyirsə, hansı Avropadan danışmaq olar?”, - deyə Papuaşvili bildirib.
Onun sözlərinə görə, VMH açıq şəkildə güc yolu ilə hakimiyyətə gəlmək məqsədi güdür, bununla belə, AXP-nin üzvü olaraq qalır və onun dəstəyini alır. Bu qrup artıq özünü açıq şəkildə ekstremist təşkilat elan edib və məqsədi zorakı yolla hakimiyyəti ələ keçirməkdir.
AXP Avropanın ən böyük siyasi partiyasıdır. 1976-cı ildə təsis edilib və bütün Avropa İttifaqı institutlarında, eləcə də Avropa Şurasında təmsil olunur. Vahid Milli Hərəkat 2008-ci ildən AXP-nin üzvüdür.
Gürcüstan qanunverici orqanının rəhbərinin fikrincə, ekstremizmi dəstəkləyənlər terroru vətənlərində biçəcəklər. “Avropa hökumətlərinin nümayəndələri Avropa Xalq Partiyası tərəfindən təmsil olunan çevrilişi və ekstremizmi dəstəklədikdə, son nəticədə bunu vətənlərində qəbul edəcəklər. Gürcüstanın radikal müxalifətinin hakimiyyəti zorakılıqla devirmək üçün gücü və ya resursları yoxdur və ölkədə inqilab olmayacaq”, - deyə Papuaşvili vurğulayıb.
Qeyd edək ki, oktyabrın 4-də keçiriləcək yerli seçkilər günü müxalifət Rustaveli prospektində genişmiqyaslı etiraz aksiyası planlaşdırır. Bəzi müxalifət qrupları, o cümlədən keçmiş hakim Vahid Milli Hərəkat partiyası seçkiləri boykot edib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19

