Hesabat: Plug-in hibrid modellər ətraf mühiti ənənəvi avtomobillər qədər çirkləndirir
17.10.2025 [17:30]
Yeni hesabata görə, plug-in hibrid elektrik avtomobilləri (PHEV) rəsmi məlumatlarda göstərildiyindən təxminən beş dəfə çox istixana qazları xaric edir.
AZƏRTAC “The Guardian” qəzetinə istinadla xəbər verir ki, avropalı avtomobil istehsalçıları həm elektrik enerjisi, həm də daxiliyanma mühərriki ilə işləyən bu avtomobilləri tullantıları azaltmaqla yanaşı, tam elektrik modellərindən fərqli olaraq vaxtaşırı enerji doldurmağa ehtiyac olmadan uzun məsafələri qət etmək imkanı kimi təqdim edirlər.
Bununla belə, “Transport and Environment” qeyri-kommersiya təşkilatının məlumatına görə, real istismar şəraitində PHEV avtomobilləri benzin və dizellə işləyən avtomobillərdən cəmi 19 faiz az CO₂ buraxır. Laborator testlərdə onların atmosferi 75 faiz daha az çirkləndirdiyi göstərilir.
Tədqiqatçılar 2021-2023-cü illərdə Avropada qeydiyyata alınmış 800 min avtomobilin bort sistemlərindən yanacaq sərfiyyatı məlumatlarını təhlil etdilər. Onlar müəyyən etdilər ki, 2023-cü ildə PHEV-dən real CO₂ emissiyaları standartlaşdırılmış laboratoriya sınaqlarındakılardan 4,9 dəfə çox olub (müqayisə üçün: 2021-ci ildə artım 3,5 dəfə çox olub).
“Real emissiyalar artır, rəsmi göstəricilər isə azalır, - deyə “Transport and Environment”ın tədqiqatçısı və hesabatın həmmüəllifi Sofiya Navas Qolke bildirib. Fərq getdikcə artır və bu, real problemdir. Nəticədə, PHEV-lər demək olar ki, benzinlə işləyən avtomobillər qədər çirkləndirir”.
Tədqiqatçıların sözlərinə görə, fərqlərin əsas səbəbi “faydalılıq amili”- elektrik rejimində qət edilən məsafənin ümumi sürmə diapazonunda faiz nisbətinin həddən artıq şişirdilməsidir. Reallıqda isə yolin cəmi 27 faizi elektrik rejimində keçilib, halbuki rəsmi rəqəm isə 84 faiz təşkil edir.
Avropa Komissiyası artıq əmsalın iki dəfə korrektə edilməsini elan edib.
Elektrik rejimində belə, çirklənmə səviyyəsi gözləniləndən xeyli yüksək olub: elektrik mühərrikləri avtonom iş üçün kifayət qədər güclü olmayıb və daxiliyanma mühərrikləri hətta “elektrik” rejimində sürərkən məsafənin təxminən üçdə birində istifadə olunurdu.
Fraunhofer Sistem və İnnovasiya Tədqiqatları İnstitutunun enerji iqtisadiyyatı şöbəsinin rəhbəri Patrik Plötz, real emissiyaları dəqiq qiymətləndirmək üçün kifayət qədər məlumatın olmadığı avtomobil sənayesi üçün bu araşdırmanı “çox dəyərli töhfə” adlandırdı.
“Nəticələr şübhəsiz ki, PHEV-lər üçün rəsmi və faktiki emissiyalar və yanacaq sərfiyyatı rəqəmləri arasındakı fərqin benzin və ya dizellə işləyən avtomobillərə nisbətən əhəmiyyətli dərəcədə böyük olduğunu göstərir”, - deyə Plötz qeyd edib.
Avtomobil istehsalçıları Aİ-ni CO₂ tullantılarının azaldılması hədəflərini yumşaltmağa çağırdıqları üçün hibridlər mövzusu yenidən siyasi müzakirələrin mərkəzində oldu. 2035-ci ilə planlaşdırılan daxiliyanma mühərrikli yeni avtomobillərin buraxılmasına qadağa böyük avtomobil istehsalı sektorları olan ölkələrin fəal lobbiçilik və müqavimət obyekti olub.
Tədqiqatçılar hesablayıblar ki, PHEV emissiyalarının azalması dörd iri avtomobil istehsalçısına 2021-2023-cü illərdə ümumi məbləği 5 milyard avrodan çox cərimədən yayınmağa imkan verib.
Bundan əlavə, PHEV sahibləri hər il avtomobilin istismarına laboratoriya testlərinin ehtimal etdiyindən təxminən 500 avro daha çox xərclədiyi aşkar edilib.
“İstehsalçıların hibrid avtomobillər haqqında iddialı açıqlamaları açıq-aşkar həqiqətə uyğun deyil”, - deyə “Energy and Climate Intelligence Unit” nəqliyyat analitiki Kolin Uoker qeyd edib.
İstehlakçılar aldadılır - onları PHEV almaqla ətraf mühitə kömək etdiklərinə və pula qənaət etdiklərinə inandırırlar. Reallıqda PHEV-lər yanacaq sərfiyyatı, CO₂ emissiyaları və istismar xərcləri baxımından adi benzin və dizel avtomobillərindən praktiki olaraq fərqlənmir.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22

