/ / Volodimir Zelenski: Ukrayna kəşfiyyatı yeni sanksiyalardan Rusiyanın ciddi zərər gördüyünü qeydə alıb
Volodimir Zelenski: Ukrayna kəşfiyyatı yeni sanksiyalardan Rusiyanın ciddi zərər gördüyünü qeydə alıb
31.10.2025 [16:41]
Ukrayna kəşfiyyatı son vaxtlar tətbiq edilmiş sanksiyalardan Rusiyanın ciddi zərər gördüyünü qeydə alıb. Proqnozlara görə, dövlətin yalnız neft sənayesinə qarşı tətbiq olunan məhdudiyyətlərdən itkiləri ildə 50 milyard dolları keçə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.
“Artıq tərəfdaşlarımızın yeni sanksiyalarının Rusiya hərbi maşınına təsiri barədə kəşfiyyatın ilkin və ətraflı qiymətləndirmələri var. Məlumat çoxdur və bunun əsasında yeni sanksiyaların hazırlanması zamanı tərəfdaşlarla kommunikasiyamızı tənzimləyəcəyik”, – deyə o bildirib.
Onun sözlərinə görə, indi Rusiyanın neft şirkətlərinə qarşı tətbiq edilən məhdudiyyətlər nəticəsində ciddi zərərlər müşahidə olunur və əgər Moskvaya qarşı prinsipial və ardıcıl təzyiq davam etdirilərsə, yalnız son vaxtlar tətbiq edilən həmin məhdudiyyətlərdən itkilər ildə azı 50 milyard dollar təşkil edəcək.
Bununla belə, Prezident vurğulayıb ki, tərəfdaşların sanksiya addımları daha da genişlənəcək və Ukrayna artıq bununla bağlı müvafiq siqnallar alıb.
V. Zelenski qeyd edib ki, ərəb dövlətlərinin dünya bazarına neft tədarükü həcmləri bazarda destabilizasiya və qiymət artımı təhdidlərinin qarşısını tam şəkildə ala bilər.
Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşenko dövlət başçısına müharibə kontekstində Çin rəhbərliyinin əhvali-ruhiyyəsi və yaxın planları barədə də məlumat verib.
“Əsas məsələ odur ki, Pekin Rusiyanın müharibəni genişləndirmək və uzatmaq cəhdlərini dayandırmaq istiqamətində səylərə qoşulsun. Regionda son günlər baş tutan görüşlər barədə məlumatlar əsasında diplomatlarımıza müvafiq tapşırıqlar veriləcək. Kömək edən hər kəsə təşəkkür edirəm!”, – deyə V. Zelenski yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

