Arktikada balinaların nəfəsində ölümcül virus aşkarlanıb
19.12.2025 [22:30]
Alimlər Arktika dairəsində balinaların kütləvi ölümünə səbəb olan ölümcül virusu müəyyən ediblər.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, tədqiqatçılar pilotsuz uçuş aparatlarından (dronlardan) istifadə edərək balinaların nəfəs alması zamanı havaya yayılan damcı nümunələrində təhlükəli virus aşkarlayıblar. Araşdırma zamanı xüsusi avadanlıqla təchiz edilmiş dronlar balinaların su səthinə çıxaraq nəfəs aldıqları an əmələ gələn və “blow” adlanan tənəffüs damcılarının üzərindən uçurulub. Nəticədə yüksək yoluxuculuğa malik setase morbillivirusu müəyyən edilib. Bu virus dünya üzrə balina və delfinlərin kütləvi sahilə çıxaraq tələf olması halları ilə əlaqələndirilir.
Mütəxəssislərin bildirdiyinə görə, virus növlər arasında yayıla bilir və dəniz məməliləri üçün ciddi təhlükə yaradır. Alimlər ümid edirlər ki, “BMC Veterinary Research” jurnalında dərc olunan bu tədqiqat okean ekosistemləri üçün təhlükəli xəstəliklərin erkən mərhələdə aşkar edilməsinə imkan yaradacaq.
Tədqiqatın həmmüəllifi, London Kral Kollecinin Coğrafiya departamentinin professoru Terri Doson bildirib ki, dron vasitəsilə nəfəs nümunələrinin toplanması canlı balinalara stres və zərər vermədən xəstəliklərin monitorinqinə imkan yaradır və sürətlə dəyişən Arktika ekosistemlərində xəstəliklər barədə mühüm məlumatlar təqdim edir.
Qeyd edək ki, London Kral Kolleci və Böyük Britaniyanın Kral (Dick) Baytarlıq Araşdırmaları Məktəbinin iştirakı ilə aparılan tədqiqat çərçivəsində dronlara steril Petri qabları quraşdırılaraq balinaların nəfəs dəlikləri üzərində havada saxlanılıb və tənəffüs damcıları toplanılıb.
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 10:16
Analitik
22 Aprel 10:12
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10

