Ermənistanda böhran pik həddinə çatıb
15.11.2013 [09:14]
İşğalçı ölkə ağır günlərini yaşayır
Xəbər verdiyimiz kimi, Ermənistanda əsas tələbat mallarının, eləcə də, ictimai nəqliyyatın qiymətlərinin bahalaşmasının davam etməsi əhalinin onsuz da ağır olan vəziyyətini bir qədər də çətinləşdirib. Nəticədə, işğalçı ölkəni birdəfəlik tərk edənlərin sayı durmadan artır. Ermənistan parlamentində “İrs” fraksiyasının rəhbəri Ruben Akopyan bildirib ki, Ermənistan heç bir zaman indiki hakimiyyətin dövründə olduğu qədər alçaldılmayıb, dağıdılmayıb, perspektivsiz vəziyyətə düşməyib: “Ermənistan xalqı heç vaxt bu qədər aclıq və səfalət içərisində yaşamayıb, qorxu keçirməyib. Tarixin heç bir dövründə bu qədər adam ölkəni birdəfəlik tərk etməyib. Ermənistan heç zaman kənar siyasi qüvvələrdən indiki qədər asılı olmayıb”.
Erməni deputat bütün bunların səbəbini mövcud hakimiyyətin iradəsizliyində, iqtidarda qalmaq naminə milli maraqları qurban verməsində, korrupsiya və rüşvətin həyat normasına çevrilməsində gördüyünü qeyd edib. Ölkədə siyasi riyakarlığın baş alıb getdiyini bildirən deputat daha sonra vurğulayıb ki, müxalifət hakimiyyətlə sövdələşərək vəzifəyə və pula satılır, cəmiyyətdəki neqativ hallara göz yumur. Ermənistan xalqı isə aldadıldığını başa düşərək son ümidini də itirir.
Qeyd edək ki, cari ilin ilk yarısında Ermənistanda əhalinin sayı 15 min nəfər azalıb. Belə ki, 2013-cü il iyulun 1-nə olan vəziyyətə görə, Ermənistanda daimi yaşayan əhalinin sayı 3 milyon 11 min 900 nəfər olub. “Joqovurd” nəşri Ermənistan Milli Statistika Xidmətinin (MSX) açıqladığı rəqəmlərə istinadən yazır ki, işğalçı ölkənin şəhərlərində 1 milyon 904 min 400, kəndlərində isə 1 milyon 107 min 500 nəfər yaşayır. Amma reallıqda isə vəziyyət başqadır. Bu ölkədə faktiki olaraq 2 milyondan az əhali yaşayır. Statistika xidmətinin məlumatı isə insanların rəsmi qeydiyyatına əsaslanır. Amma vətəndaşlar bu ölkədə qeydiyyatda olsalar da, xarici dövlətlərə miqrasiya ediblər. Bu ilin yanvarın 1-nə olan göstəricilərlə müqayisədə iyulun əvvəlinə Ermənistan əhalisinin təxminən 15 min nəfər azaldığı müşahidə olunub. Səbəb kimi miqrasiyanın əhalinin təbii artımını üstələməsi göstərilir. Təbii ki, bütün bunlar sosial-iqtisadi vəziyyətin kəskin şəkildə ağırlaşması ilə əlaqədardır.
Beləliklə, öz qonşularına qarşı təcavüzkar işğalçı siyasət yürütməklə, Cənubi Qafqaz regionunun ümumi inkişaf trayektoriyasından kənarda qalan, özünü bütün qlobal miqyaslı enerji layihələrindən təcrid edən Ermənistan Respublikası olduqca ağır günlərini yaşayır. İstər siyasi, istərsə də iqtisadi cəhətdən məhv olmanın astanasında dayanan, bütün dayaqlarını itirən, siyasi gərginliyin pik həddinə çatdığı bu ölkədə bütün sahələrdə iflic yaranıb. Qeyd etmək lazımdır ki, Sarkisyan başda olmaqla hazırki prezident komandası proseslərin inkişafını nəzarətdə saxlaya bilmir. Təbii ki, sifarişlə “taxta otuzdurulan” Sarkisyandan bundan artığını gözləmək də mümkünsüzdür. Konkret olaraq canişin vəzifəsinə təyinat alaraq xalqının iradəsindən kənar hakimiyyəti qəsb etmiş Sarkisyan komandası bu gün problemlərin qarşısında aciz qalıb. Heç cür normal idarəetmə sistemi qura bilməyən Ermənistan hakimiyyətində xaos açıq şəkildə özünü göstərir. Bunun əsas səbəblərindən biri hakimiyyətdə təmsil olunan məmur-oliqarxların fərqli xarici qüvvələrə xidmət göstərməsidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

