/ / “Terrorsuz Türkiyə”nin ikinci mərhələsi Müdafiə Nazirliyi və kəşfiyyat xidmətinin məlumatları əsasında başlayacaq
“Terrorsuz Türkiyə”nin ikinci mərhələsi Müdafiə Nazirliyi və kəşfiyyat xidmətinin məlumatları əsasında başlayacaq
01.03.2026 [18:35]
“Terrorsuz Türkiyə” təşəbbüsünün ikinci mərhələsi Türkiyənin Milli Müdafiə Nazirliyi və Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən PKK terror təşkilatının tam tərksilah olunması faktı təsdiqləndikdən sonra başlayacaq.
AZƏRTAC Türkiyənin “Sabah” qəzetinə istinadla xəbər verir ki, Milli Müdafiə Nazirliyi və MİT-də PKK təhdidi mövzusunda birgə məruzə hazırlanacaq, həmin məruzə Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyənin Milli Təhlükəsizlik Şurasının (MTŞ) üzvlərinə təqdim ediləcək.
“Türkiyənin Milli Təhlükəsizlik Şurası “terror təşkilatı fəaliyyətini dayandırıb” və “silahlar təhvil verilib” qərarını qəbul edəcəyi halda, milli qanunvericiliyə dəyişikliklərin edilməsi istiqamətində addımlar atılacaq”, – deyə qəzet yazır.
Məqaləyə əsasən, Türkiyənin Ədliyyə Nazirliyində işçi qrupu yaradılacaq. Müxtəlif siyasi partiyaların iştirakı ilə daha bir qrup Türkiyə parlamentində qeyri-rəsmi fəaliyyətə başlayacaq.
“Qanunvericilik aktlarına ediləcək dəyişikliklər fonunda PKK terror təşkilatının üzvləri üç kateqoriyaya bölünəcək: cinayət əməllərində iştirak etməmiş silahlılar, terror aktlarının iştirakçıları və artıq məhkum olunmuş, yəni həbsxanalarda olan şəxslər”, – deyə nəşrdə bildirilir.
Terror aktlarında iştirak etməmiş şəxslər ölkəni tərk etməmək barədə iltizam müqabilində azadlığa buraxılacaqlar. Onlar üçün reabilitasiya və peşə hazırlığı kursları açılacaq.
Hərbçilərə və mülki şəxslərə qarşı hücum və təxribatlarda iştirak etmiş, məhkum olunmuş PKK üzvləri, həmçinin Avropa ölkələrində terror təşkilatının tərəfdarları Türkiyənin Cinayət Məcəlləsinə ediləcək dəyişikliklərdən yararlana biləcəklər: “PKK terror təşkilatının buraxılması ilə əlaqədar həmin şəxslərə münasibətdə artıq “terrorizm” maddəsi tətbiq edilməyəcək. Həbs müddətləri azaldılacaq, vaxtından əvvəl şərti azadlığa buraxılma imkanı yaranacaq. Digər terror strukturlarına aidiyyəti olan şəxslər Türkiyənin Cinayət Məcəlləsinə ediləcək dəyişikliklərdən yararlana bilməyəcəklər”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

