Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb

Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb

05.06.2026 [23:25]

NATO gəmiləri “Baltic Operation 26” (BALTOPS 26) təliminin bir hissəsi olan dəniz əməliyyatlarına başlayıb.

AZƏRTAC xəbər verir ki, Polşa Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, NATO gəmiləri Qdinya dəniz limanını tərk edib. “Növbəti iki həftə ərzində heyətlər dəniz sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün vahid komanda şəklində təlimlər keçəcəklər”, - deyə məlumatda bildirilir.

Baltik dənizi akvatoriyasında keçirilən “BALTOPS 2026” adlı çoxmillətli NATO təlimində alyansın 15 müttəfiq və tərəfdaşının hərbçiləri və təxminən 20 hərbi gəmi iştirak edəcək.

Alyans qüvvələrinin qarşılıqlı fəaliyyətinin gücləndirilməsinə yönəlmiş təlimə gəmi əleyhinə və hava hücumundan müdafiə manevrləri, dəniz desantı çıxarılması, minatəmizləmə əməliyyatları və pilotsuz sistemlərin tətbiqi daxildir.

Paylaş:
Baxılıb: 395 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31