Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Özbəkistan iqtisadiyyatında yeni investisiya hədəfləri açıqlanıb

Özbəkistan iqtisadiyyatında yeni investisiya hədəfləri açıqlanıb

17.06.2026 [21:43]

Özbəkistan investisiya mühitinin yaxşılaşdırılması, yüksəktexnologiyalı sənayenin inkişafı və yeni iqtisadi sahələrə sərmayələrin cəlb edilməsi istiqamətində genişmiqyaslı layihələr həyata keçirir.

AZƏRTAC xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Beşinci Daşkənd Beynəlxalq İnvestisiya Forumunun açılışında bildirib. Dövlət başçısı qeyd edib ki, son illərdə Özbəkistan 150 milyard dollardan çox xarici investisiya cəlb edib. Bunun 123 milyard dolları son beş ilin payına düşür. Ötən il ölkə iqtisadiyyatına 43 milyard dollar xarici sərmayə yatırılıb, ÜDM artımı isə 7,7 faiz təşkil edib.

Prezident bildirib ki, Özbəkistan növbəti illərdə yüksəktexnologiyalı istehsalın həcmini 2,5 dəfə artırmağı, kimya sənayesi, maşınqayırma, robototexnika, elektrotexnika və əczaçılıq sahələrində 20 milyard dollarlıq layihələr həyata keçirməyi planlaşdırır.

Şavkat Mirziyoyev çıxışında süni intellekt və yaşıl enerji sahələrinin də prioritet istiqamətlər olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkə növbəti illərdə elektrik enerjisi istehsalında yaşıl enerjinin payını 54 faizə çatdırmağı, süni intellekt sektorunda isə 10 milyard dollaradək əlavə dəyər yaratmağı hədəfləyir.

Dövlət başçısı, həmçinin bildirib ki, Özbəkistanın yeraltı sərvətlərinin ümumi dəyəri təxminən 3 trilyon dollar qiymətləndirilir. Ölkə strateji xammal sahəsinə xarici investisiyaların cəlb edilməsini genişləndirmək niyyətindədir.

Nəqliyyat, logistika və şəhərsalma layihələrinə də toxunan Prezident qeyd edib ki, yeni Daşkənd Beynəlxalq Aeroportunun tikintisi aparılır və layihə ildə 20 milyon sərnişinə xidmət göstərmək imkanına malik olacaq.

Şavkat Mirziyoyev bildirib ki, Özbəkistan xarici investorlar üçün hüquqi təminatları gücləndirmək, yeni maliyyə imkanları yaratmaq və ölkəni regional investisiya mərkəzinə çevirmək məqsədi daşıyır.

Paylaş:
Baxılıb: 50 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30