Ukrayna və Avromaydan: nəhəng geosiyasi oyunçuların məsələyə müxtəlif rakurslardan baxışları
11.02.2014 [08:58]
Siyasi ekspert Mustafa Qurbanlının www.1news.az saytında “Ukrayna və Avromaydan: nəhəng geosiyasi oyunçuların məsələyə müxtəlif rakurslardan baxışları” başlıqlı məqaləsi dərc olunub. Mövzunun aktuallığını nəzərə alaraq, həmin məqaləni oxucularımıza təqdim edirik.
Ukrayna parlamentinin növbədənkənar sessiyasında kütləvi iğtişaşlar zamanı həbs olunanlara qarşı ağır cəzaları nəzərdə tutan doqquz mübahisəli qanunun ləğv olunmasına baxmayaraq, ölkədə siyasi vəziyyət gərgin olaraq qalmaqdadır. Və çətin ki, yaxın vaxtlarda, Ukraynadakı bu vəziyyət sabitləşsin.
Görünən odur ki, ölkədə yaranmış gərgin vəziyyəti nəzarətdə saxlamaq üçün prezident V.Yanukoviç hələ böyük səy göstərməlidir. Səhhəti ilə əlaqədar onun son günlərdə işə çıxmaması Ukraynada vəziyyətin normallaşmasına heç də yaxşı təsir göstərmədi. Ötən həftə boyunca, demək olar ki, etiraz aksiyalarının miqyası daha da böyüməyə başladı, müxalifətçilər vilayət administrasiyası binasına hücum çəkərək, onu zəbt etdilər, yerli hakimiyyətlərə öz işlərini icra etməyə imkan verilmədi.
Müxalifət tərəfindən yayılan informasiyada etirazçılara qarşı görülən profilaktik tədbirlərdə hakimiyyət tərəfindən qanun pozuntusuna yol verildiyi, zorakılıq edildiyi bildirilirdi. Eyni zamanda, bu məsələdə nəinki polis, həmçinin, hakimiyyətə loyal münasibətdə olan qruplar da günahkar qismində təqdim edilirdi.
Bu informasiyaların həqiqəti nə dərəcədə əks etdirdiyini, nəyin yalan, nəyin isə təxribat olduğunu bir Allah bilir. Amma buna baxmayaq, bu bir faktdır ki, -Ukraynada vəziyyət gündən-günə daha da pisləşir, ölkədəki xaos getdikcə dərinləşir və çox yaxın zamanlarda ölkə real vətəndaş müharibəsi ilə üz-üzə dayana bilər. Burada siyasi qütbləşmə o dərəcədə təhlükəli həddə çatıb ki, hətta müstəqil Ukraynanın ilk prezidenti olmuş Leonib Kravçuk Ali Radaya müraciət edərək, ölkənin vətəndaş müharibəsi astanasında olduğunu bildirib.
Ukraynada cərəyan edən hadisələri müşahidə edərkən, qədim romalı orator və dövlət xadimi Mark Siseronun Rotsiyanı Ameriyadan müdafiəsi ilə bağlı söylədiyi məşhur “Bu kimə xeyirdir?” sözləri yada düşür. Əlbəttə, bu suala cavab tapmaq üçün, ilk növbədə, Şərqi Avropada maraqları olan geosiyasi oyunçuların məsələyə hansı baxış bucağından yanaşdıqlarını bilmək lazımdır.
Brüsseldən baxış
Avropa İttifaqının ataları,-daha dəqiq desək, təşkilatın əsasını qoyan görkəmli siyasətçilər: Jan Monne, Jozey Beş, Rober Şuman,- gələcək avropalı siyasətçilərin psixologiyasına “mədəni ərazi genişləndirməsi”ni yeridə bildilər. Xatırlatmaq yerinə düşər ki, hazırda Avropa İttifaqı adlanan və 1951-ci ildə daş kömür və dəmirin birgə emalı məqsədilə yaradılan Avropa Birliyinin sıraları inteqrasiya prosesində getdikcə genişlənməkdə idi. Və bu inteqrasiyanın yekunu olaraq, yarım əsrdən artıq bir müddət ərzində ölkələr öz milli müstəqillik hüquqlarının daha artıq hissəsini həmin quruma təslim etməklə, hazırda mənzil qərargahı Brüsseldə yerləşən Avropa İttifaqını yaratmış oldular. Hazırda təşkilatın sıralarında 28 ölkə yer almaqdadır. Doğrudur, ilkin mərhələdə, təşkilatın genişlənməsi Avropa cəmiyyətinin inkişafı və çiçəklənməsi baxımından lokomotiv rolunu oynayırdı. Lakin 2000-ci illərin əvvəllərindən belə aydın oldu ki, qurumun gələcək genişlənməsi nəinki Avropa İttifaqı ölkələrindəki sosial və iqtisadi problemlərin daha da dərinləşməsinə, hətta yeni-yeni problemlərin meydana çıxmasına səbəb olur.
Mahiyyət etibarilə, Avropanın siyasi elitası inersiya nəticəsində “mədəni ərazi genişləndirməsi”ndə Ukraynaya da inteqrasiya pəncərəsi açmış oldu. Amma buna baxmayaraq, Avropa İttifaqı hazırkı inkişaf mərhələsində iqtisadi cəhətdən zəif, siyasi cəhətdən isə xaotik bir ölkə təsiri bağışlayan Ukraynanı öz ailəsinə qəbul etmək iqtidarında deyildi. Belə demək mümkünsə, Brüssel, ən yaxşı halda, Ukrayna xalqına yalnız müasir Avropa cəmiyyətinə inteqrasiya və ölkənin çiçəklənməsi, liberizasiya kimi arzuları “sata” bildi. Odur ki, prezident V.Yanukoviçin Avropa İttifaqı ilə assosiativ müqaviləni imzalamaqdan imtina etməsi, ukraynalıların böyük əksəriyyəti tərəfindən hakimiyyətin onların gözəl, işıqlı gələcək barədə arzularının oğurlanması kimi qəbul edildi.
Əlbəttə, Tomas Peyna və İmmanuel Kantın “demokratik rejimlər bir-biri ilə döyüşmürlər” nəzəriyyələri ilə böyüyən Avropanın siyasi elitası öz yaxın qonşularında demokratik dəyərlərin və institutların inkişafında maraqlıdırlar, buna hər cür dəstək verməyə hazırdırlar. Amma buna baxmayaraq, rəsmi Brüssel bu gün demoratik islahatlara yardımdan başqa, Ukraynanı öz təsir dairəsinə qəbul etmək üçün hər hansı iqtisadi güzəştlərə, yaxud da siyasi konfrantasiyalara getməyə hələ hazır deyil.
Moskvadan baxış
Ukraynanın Rusiya üçün mühüm strateji əhəmiyyət kəsb etməsi heç kəsə sirr deyil. Bu baxımdan Kremldə belə düşünürlər ki, Ukraynada Rusiyaya qarşı meyillərin zəifləməsi, onun Qərb ölkələri ilə sıx əlaqə saxlaması və əməkdaşlığının daha da genişlənməsi Rusiyanın milli maraqlarına təhlükə törədir. Rusiyanın Ukraynanı potensial cəhətdən itirməsi ilə barışa bilməməsinin bir neçə obyektiv səbəblər var. İlk növbədə, rusiyalı siyasi elita üçün qədim Kiyev Rusiya dövlətçiliyinin əsasını təşkil edir. Ukrayna ilə Rusiya arasında münasibətlərin kəskinləşməsi və əlaqələrin qırılması Rusiya Federasiyasının dövlətçilik tarixini gələcəkdə şübhə altına qoymuş olar. Əgər Ukrayna sivil qaydada Rusiyanın təsir dairəsindən çıxarsa, o zaman Qroznı, Kazan, Yakutsk və digər muxtar qurumları nəzarətdə saxlamaq Moskva üçün öz tarixi mənasını itirmiş olur. Məşhur politoloq Z.Bjezinskiy vaxtı ilə əbəs yerə demirdi ki, “Rusiya Ukraynasız heç zaman güclü ola bilməz”.
Tarixi bağlılıqlardan əlavə, Ukrayna, həm də Rusiya üçün mühüm strateji və iqtisadi əhəmiyyət daşıyır. Məlumdur ki, Rusiyanın ən böyük Qara dəniz donanması Ukraynanın Sevastopol şəhərində yerləşir. Ukrayna ilə sıx əlaqələrin itirilməsi Rusiyanın Qara dənizdəki mövqelərini, eləcə də, Moskvanın regiona təsirini zəiflədə bilər. Bundan əlavə, unutmaq lazım deyil ki, Ukrayna mühüm nəqliyyat dəhlizi üzərində yerləşir. Rusiyanın enerjidaşıyıcıları məhz onun ərazisindən Qərbi Avropaya nəql olunur. Həmçinin, Ukrayna ilə münasibətlərin kəskinləşməsi Kremldə böyük lobbiçilik fəaliyyəti göstərən Rusiyanın nəhəng enerji şirkətlərinin iqtisadi maraqlarına ciddi zərbələr vurmaqdadır. Yaranmış vəziyyətə baxmayaraq, Rusiya Ukraynanın parçalanması, yaxud da zəifləməsinin tərəfdarı deyil. Rusiya üçün “kiçik qardaşı” ilə dostluq və mehriban qonşuluq münasibətlərini saxlamaq çox mühümdür və bu məqsədinə çatmaq üçün Rusiya, hətta müəyyən siyasi və iqtisadi güzəştlərə getməyə də hazırdır.
Vaşinqtondan baxış
“Narıncı inqilab” vaxtı Vaşinqtonun ölkə müxalifətini açıq şəkildə dəstəkləməsinə baxmayaraq, bu dəfə ABŞ məsələdə fərqli mövqe tutur, özünü təmkinli aparır. Moskva ilə açıq qarşıdurmaya getmək istəməyən rəsmi Vaşinqton öz maraqlarını təmin etmək məqsədilə bu “oyun”da Avropa İttifaqından öz oyuncağı kimi istifadə etməyə çalışır.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın bu ölkənin Kiyevdəki səfiri Ceffri Payat arasında internetdə yayılan telefon danışığı-Ukraynanın gələcək hökumətində hansı müxalifət liderlərinin təmsil olunması, eləcə də xanım siyasətçinin Avropa İttifaqının ünvanına qeyri-etik ifadələr işlətməsi, - Brüsselin Ukraynaya qarşı sanksiyalar tətbiq etməsini bir qədər təxirə salması, açıq şəkildə bu məsələdə Vaşinqtonun hansı niyyətdə olmasından xəbər verir.
ABŞ Ukraynada Qərbyönümlü siyasətçilərin hakimiyyətə gəlməsinə nail olmağa çalışır ki, ölkədə Amerika şirkətləri üçün əlverişli investisiya mühiti yaradılsın, həmçinin, Vaşinqtonun regiondakı mövqeləri daha da möhkəmlənsin. Eyni zamanda, Obama administrasiyası Moskva ilə gələcək münasibətlərini korlamağı da arzulamır. Belə ki, nəticə etibarilə, bu, ABŞ üçün mühüm əhəmiyyət kəsb edən İranın nüvə proqramı, Suriyadakı vəziyyət və digər qlobal problemlərin həllinə mənfi təsirini göstərə bilər.
Görünən odur ki, Ukraynadakı belə kəskin vəziyyət, cəmiyyətin qütbləşməsi və ölkənin vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə dayanması regionda maraqlı olan qlobal güclərin və maraqlı ölkələrin təhriki nəticəsində baş verir. Bir tərəfdən Moskva ilə münasibətlərini korlamağa risk etməyən Qərb dövlətləri Ukrayna xalqını “azadlıq” barədə dumanlı kəlmələrlə “yedirtməkdə” davam edirlər, eyni zamanda, real dəstəkdən yayınırlar. Digər tərəfdən isə, Rusiya nəyin bahasına olursa-olsun Ukraynanı öz təsir dairəsində saxlamağa çalışır. Tərəflərin belə siyasəti isə heç şübhəsiz, Ukraynada böhranın daha da dərinləşməsinə şərait yaradır. Hələlik geosiyasi oyunlar nəticəsində yaranan “yanğının” nə ilə nəticələnəcəyi bəlli deyil. Amma bəlli olan odur ki, bütün hallarda, bu alovu ölkənin sadə vətəndaşları söndürməli olacaqlar.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11

