Ukraynada siyasi gərginlik pik həddə çatıb
20.02.2014 [09:04]
Ölkə müstəqillik tarixinin ən qanlı günlərini yaşayır
Son günlər Ukraynadakı siyasi proseslər daha da gərginləşərək kritik həddə çatıb. Aralarında jurnalistin və polislərin də olduğu 25-dən artıq insanın ölümü ilə nəticələnən toqquşmalar vəziyyətin rəsmi Kiyevin nəzarətindən çıxdığını göstərir.
Məlum olduğu kimi, Ukrayna prezidenti Viktor Yanukoviç dağıntı və qətllər törədən aksiyaçıların hakimiyyəti zorakılıq yolu ilə zəbt etmək cəhdlərinə qarşı güc tətbiq ediləcəyi xəbərdarlığını edib. Ölkə vətəndaşlarına müraciətində Yanukoviç müxalifət liderlərini ittiham edib: “Müxalifət liderləri demokratiyanın əsas prinsipinə etinasız yanaşırlar. Hakimiyyət küçələrdə və ya meydanlarda nəsə əldə etmir. Biz yalnız seçki məntəqələrində nəticə əldə edirik. Mən onlarla söhbətlərimizdə dəfələrlə demişəm ki, tezliklə seçkilər olacaq. Əgər xalq sizə etibar edəcəksə hakimiyyətdə olacaqsınız. Əks təqdirdə, hakimiyyətdə ola bilməyəcəksiniz”.
Yanukoviç bir daha münaqişəni sülh yolu ilə həll etməyə çalışdıqlarını iddia edən müxalifət liderlərini qan tökməyə çalışan radikal qüvvələrdən uzaqlaşmağa səslədiyini vurğulayıb. “Onlar insanları silaha, qan tökməyə çağırdıqları anda sərhəddi keçdilər. Bu görünməmiş qanun pozuntusudur. Onların bu əməllərinin cəzasını Ukrayna Ali Məhkəməsi müəyyən edəcək”.
Qeyd edək ki, Ukrayna prezidenti böhranın dərinləşməsinin qarşısını almaq üçün müxalifətlə danışıqların aparılması, koalisiya hökumətinin yaradılması, yeni konstitusiyanın qəbulu və digər güzəştlərə getməyə razılıq vermişdi. Lakin hakimiyyətin sabitliyi bərpa etmək səyləri hələ ki, heç bir nəticə verməyib.
Əslində, Kiyevdə yaşananlar ilin əvvəlindən özünü göstərən təhlükəli meyillərin reallığa çevrilməsindən xəbər verir. Məlum olduğu kimi, Ukraynadakı etiraz aksiyalarında dinc nümayişçilərlə yanaşı, radikal qrupların, partiyaların nümayəndələrinin də fəal iştirak etməsi yerli və xarici mediada müəyyən narahatlıqlar doğururdu. Mövcud dünya təcrübəsi, xüsusən də, son illərin Yaxın Şərq və Şimali Afrika ölkələrində yaşanan siyasi böhranlar göstərdi ki, belə situasiyalardan, adətən, radikal, ekstremist təşkilatlar, təxribatçılar yararlanır. Belə dairələrin siyasi proseslərə zorakı yollarla fəal müdaxilə cəhdi vəziyyəti daha da gərginləşdirir.
Sirr deyil ki, radikal elementlərin xaotik proseslərdə fəaliyyəti bir qayda olaraq, ictimai asayişin pozulmasına xidmət edir. Məlumatlara görə, fevralın 18-dən 19-a keçən gecə onlarla insanın ölümü ilə nəticələnən etirazlar Ukraynanın müstəqillik əldə etməsindən indiyədək baş verən ən qanlı hadisələrdəndir.
Yaşananlar vəziyyətin tez bir zamanda nəzarət altına alınmasını tələb etsə də, prezident Yanikoviç ilə müxalifətçilər arasında danışıqların növbəti raundunun da nəticəsiz qalması yaxın gələcək üçün müsbət heç nə vəd etmir.
Eyni zamanda, Ukraynada hadisələrin kəskinləşməsi beynəlxalq ictimaiyyətin də narahatlıq ifadə olunan reaksiyası ilə qarşılanıb. Məsələn, baş verənlərdən sonra Avropa İttifaqının (Aİ) Ukrayna hökumətinə sanksiyalar tətbiq edəcəyi ilə bağlı ehtimallar artıb. Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Aİ-nin Ukraynada yaşananlara reaksiya verəcəyini bildirib. Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri isə cümə axşamı keçirəcəkləri görüşdə Ukraynaya sanksiyaların tətbiqini müzakirə edəcəklər.
Həmçinin, məlumatlara görə, ABŞ prezidentinin mətbuat xidmətinin rəhbəri Cey Karni keçirdiyi brifinqdə deyib ki, Ukraynanın paytaxtı Kiyev şəhərində son günlərdə baş verən qarşıdurmalar təkcə Avropa İttifaqını deyil, ABŞ-ı da narahat edir. Onun sözlərinə görə, Ukrayna prezidenti təcili surətdə vəziyyəti stabilləşdirmək üçün müxalifətlə bir masa ətrafında oturmalıdır. Bu arada V.Yanukoviçin ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə telefonla danışması barədə məlumatlar yayılıb, lakin telefon danışığının detalları və nəticəsi haqda məlumat verilmir.
Rusiya tərəfi isə növbəti dəfə Qərb dövlətlərini Ukraynanın daxili işlərinə qarışmaqda ittiham edib. Məlumatlara görə, iki ölkənin prezidentləri arasında telefon danışığı baş tutub və V.Yanukoviç Kiyevdə yaşananları dövlət çevrilişinə cəhd adlandırıb.
Beləliklə, ölkədə etirazçılarla asayiş keşikçiləri arasında qarşıdurmalar davam edir. Siyasi ekspertlərin fikrincə, Ukraynada hadisələrin yekunu təkcə ölkənin deyil, bütövlükdə, Avropa qitəsinin taleyini müəyyən edəcək.
Hülya
Xəbər lenti
Hamısına baxHadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57

