/ / Paris Siyasi Elmlər İnstitutunun rəhbərliyi fələstinpərəst tələbələrə qarşı nəzarətdə ittiham olunur
Paris Siyasi Elmlər İnstitutunun rəhbərliyi fələstinpərəst tələbələrə qarşı nəzarətdə ittiham olunur
04.08.2026 [23:48]
“Mediapart” nəşrinin dərc etdiyi araşdırmaya görə, Fələstinə dəstək aksiyalarında iştirak edən Paris Siyasi Elmlər İnstitutunun tələbələri barəsində intizam prosedurları çərçivəsində izləmə, gizli şəkildə fotoşəkillərinin çəkilməsi və sosial şəbəkələrdə fəaliyyətlərinin monitorinqi həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, araşdırmaya görə, universitet rəhbərliyi Fələstinə dəstək nümayişlərində iştirak edən tələbələrə qarşı indiyədək görünməmiş nəzarət üsullarından istifadə edib.
“Mediapart” iddia edir ki, bu nəticələr bir neçə daxili intizam işi üzrə sənədlərə əsaslanır. Tələbələrin sosial media hesabları izlənilib, onların xəbəri olmadan şəkilləri çəkilib və aksiyalar zamanı müşahidə edilərək, intizam araşdırmalarında istifadə olunacaq materiallar toplanıb. 2024-cü ildən bəri 48 tələbə barəsində intizam araşdırması aparılıb. Onlardan 13-ü intizam komissiyasının qərarınadək müvəqqəti olaraq, universitet binalarına girişdən məhrum edilib. Bu tədbirlərin əksəriyyəti sonradan ləğv olunsa da, azı iki tələbə ilə bağlı qadağa qüvvədə qalıb.
Araşdırmada həmin dövrdə Paris Siyasi Elmlər İnstitutunda tələbə həyatı üzrə direktor olmuş Pyer Katalan əsas fiqurlardan biri kimi göstərilir. Nəşrin iddiasına görə, Pyer Katalan tələbələrin fəaliyyətini izləmək üçün saxta ad altında sosial şəbəkə hesabı da yaradıb. 2024-cü ildə bu məsələni araşdıran Paris Siyasi Elmlər İnstitutun Etika Komissiyası belə addımın onun vəzifə səlahiyyətlərinə aid olmadığını və “qorxuducu” mühit yarada biləcəyini bildirib.
“Mediapart”ın sorğusunu cavablandıran Paris Siyasi Elmlər İnstitutunun rəhbərliyi ittihamların mahiyyəti barədə şərh verməkdən imtina edib. Bununla yanaşı, rəhbərlik Pyer Katalana dəstəyini ifadə edərək, onun ünvanına səslənən “şəxsi hücumları” pisləyib.
Nəşr bildirir ki, adıçəkilən tələbələr və onların vəkilləri universitetdə Fələstinə dəstək aksiyalarına qarşı təzyiq mühitinin yarandığını iddia edirlər. Hazırda bu məsələ ilə bağlı bir sıra intizam və məhkəmə prosesləri davam edir.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

