Avropada qaz anbarlarının doluluq nisbəti 60,8 faizdir
17.08.2026 [19:45]
Avropada təbii qaz anbarlarının doluluq nisbəti hazırda 60,8 faizdir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Gas Infrastructure Europe” (GIE) məlumat yayıb.
“Köhnə qitə”də təbii qaz ehtiyatları ilə bağlı narahatlıqlar artır. Anbarların doluluq nisbəti tarixi orta göstəricilərdən aşağı və qışdan əvvəlki hədəflərə rahatlıqla çatmaq üçün lazım olan doldurma sürətindən geri qalır.
Cənubi və Mərkəzi Avropadakı isti hava şəraiti anbarların doldurulması səylərinə mane olur. Qitədə müşahidə olunan yüksək temperatur təbii qazla işləyən elektrik stansiyalarına tələbatı artırır. Nəticədə anbarlara vurulması nəzərdə tutulan qaz həcmlərinin bir hissəsi elektrik enerjisi istehsalına yönəldilir.
Bundan başqa, qitədə təbii qaz fyuçerslərinin qiyməti də bahalaşır. Hazırda Niderlandın TTF habında təbii qazın qiyməti meqavat-saat üçün 62,26 avroya çatıb.
Qiymət artımına səbəb Körfəzdən mayeləşdirilmiş təbii qaz təchizatında (LNG) yaşanan davamlı fasilələr, Hörmüz boğazında gəmi trafikinin azalması və ABŞ-İran danışıqlarındakı qeyri-müəyyənliklərdir.
Analitiklər Hörmüz boğazında davam edən qeyri-müəyyənliyin və Avropada aşağı anbar səviyyələrinin təbii qaz qiymətlərini bu həftə yüksək saxlaya biləcəyini proqnozlaşdırırlar. Lakin mayeləşdirilmiş təbii qaz axınları ilə bağlı inkişaflar qiymət hərəkətlərinin əsas hərəkətverici qüvvəsi olaraq qalacaq.
Qeyd olunur ki, anbarların doluluq nisbəti aşağı səviyyədə qalarsa, xüsusən də bu, soyuq qış aylarında baş verərsə, noyabr-mart ayları arasında təbii qaz qiymətləri kəskin arta bilər.
“Wood Mackenzie” tədqiqat və konsaltinq şirkətinin məlumatına görə, Avropanın tarixən aşağı təbii qaz saxlama səviyyələri 2026/2027-ci illərin qış fəslində təchizat təhlükəsizliyini riskə atır.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

