Şərtlər bəlli oldu - ABŞ yenidən prosesi ələ alır
18.08.2026 [10:30]
Vasitəçilər İsrail və HƏMAS-ı razılaşmağa çağırır
Yaxın Şərqdə gərginliyin yenidən alovlanmaması üçün SüIh Şurası növbəti dəfə tərəfləri razılığa gəlməyə çağırır. Belə ki, şura HƏMAS-ın silahsızlaşdırılmağa başlayacağı təqdirdə, İsrailə Qəzza zolağından qoşunlarını müvafiq olaraq geri çəkməyə və anklava humanitar yardımın çatdırılmasını sürətləndirməyə çağırış edib. Şura HƏMAS-dan silahları təhvil verməsini, hərbi infrastrukturu sökməsini, beynəlxalq qüvvələrin yerləşdirilməsinə razılıq verməsini və Qəzza zolağının yenidən qurulmasına yardım göstərməsini tələb edib.
Kuşner HƏMAS-la görüşdü
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın elçisi Cared Kuşner Misirdə ölkə rəhbərliyi və HƏMAS nümayəndələri ilə görüşüb. Tərəflər hərəkatın silahsızlaşdırılması, anklavda hakimiyyətin texnokratik hökumətə ötürülməsi və HƏMAS-ın Qəzzanın gələcək idarəçiliyindən kənarlaşdırılması məsələlərini müzakirə ediblər. “Axios” xəbər verir ki, HƏMAS liderləri Kuşner və Sülh Şurası ilə Misirdə keçirilən görüşdə Qəzza zolağının tərksilah edilməsi və silahsızlaşdırılmasına sadiqliklərini bir daha təsdiqləyiblər. 90 dəqiqəlik görüş “çox məhsuldar” adlandırılıb - bu, onlara HƏMAS-ın öhdəliklərini yerinə yetirmək üçün praktik addımlar atdığını təsdiqləməyə imkan verib. “Axios” qeyd edir ki, Kuşner görüşdən HƏMAS rəhbərliyinə təzyiq göstərmək və tərksilah planına konkret addımlar atmağı tələb etmək üçün istifadə edib. Mənbələrə görə, Kuşner “məqsəd yüksəkdir” deyə vurğulayıb: İsrail qrupa etibar etmir və real nəticələr görənə qədər onun vədlərinə inanmayacaq. Kuşner həmçinin bildirib ki, silahsızlanma danışıqlar məsələsi deyil. “Heç bir qeyri-müəyyənlik ola bilməz: HƏMAS öz idarəetmə səlahiyyətlərindən və bütün silahlarından və hərbi infrastrukturundan imtina etməlidir. Qəzza isə bir daha İsrail üçün terror mənbəyi ola bilməz”, - deyə mənbə “Axios”-a bildirib.
Qahirədə görüşlər...
Misir Prezidenti Əbdülfəttah əs-Sisinin mətbuat xidməti bildirib ki, Misir lideri avqustun 16-da Kuşneri Qahirədə qəbul edib. Görüşdə Yaxın Şərqdəki hadisələr müzakirə olunub. Tərəflər həmçinin Fələstin məsələsinə də toxunub və qeyd ediblər ki, bütün tərəflər 2025-ci ilin oktyabrında Şarm əl-Şeyxdə əldə edilən Qəzza müharibəsinə son qoymaq barədə razılaşma çərçivəsində öz öhdəliklərini yerinə yetirməlidirlər.
“Əl-Ərəbiyyə” və AFP mənbələri bildiriblər ki, Xəlil əl-Həyyanın rəhbərlik etdiyi HƏMAS nümayəndə heyəti də avqustun 16-da Misir kəşfiyyatının rəhbəri ilə görüşüb. Hər iki tərəf Qəzza üçün müharibədən sonrakı planın həyata keçirilməsini irəli aparmaq yollarını müzakirə edib.
“Əl-Ərəbiyyə”nin xəbərinə görə, HƏMAS lideri əlavə edib ki, Kuşnerlə danışıqlar son hadisələrə və İsraili razılaşmaya riayət etməyə məcbur etmək səylərinə yönəlib. HƏMAS nümayəndə heyəti həmçinin Misir rəsmilərini İsrailin atəşkəs pozuntuları barədə məlumatlandırmaq və İsrailin öhdəliyini bəyan etdikdən sonra hərəkatın razılaşmanı həyata keçirməyə hazır olduğunu vurğulamaq niyyətindədir.
AFP-nin HƏMAS daxilindəki mənbələrinə görə, Kuşnerin Misirə səfəri zamanı hərəkatın nümayəndə heyəti, Sülh Şurasının Qəzza üzrə ali nümayəndəsi, Bolqarıstan diplomatı Nikolay Mladenov və ABŞ rəsmiləri arasında razılaşma ilə bağlı maneələri müzakirə etmək üçün əlavə təmasların keçirilməsi də gözlənilir. İsrailin razılaşmalara riayət etməsini təmin etmək üçün Misir, Qətər və Türkiyə vasitəçiləri ilə də danışıqlar davam etdiriləcək.
Növbəti mərhələyə keçmək üçün
Qeyd edək ki, danışıqlar ABŞ sülh planının növbəti mərhələsinə keçmək üzərində qurulub. Əsas şərtlər bunlardır:
HƏMAS üçün: Qəzza zolağının nəzarətini Fələstin texnokratik hökumətinə təhvil vermək və anklavın gələcəyində hər hansı siyasi və ya hərbi roldan tamamilə imtina etmək;
İsrail üçün: Əsl tərksilahın nümayişi halında, ABŞ İsraili Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yerləşdirilməsi, Rəfah ərazisində yenidənqurma işlərinə başlamaq və qoşunların mərhələli şəkildə çıxarılması da daxil olmaqla “müvafiq addımlar” atmağa təşviq edəcək. HƏMAS planın ikinci mərhələsi üçün yol xəritəsi ilə razılaşdığını təsdiqləyib. Bu mərhələyə daimi atəşkəs, İsrail qoşunlarının tamamilə çıxarılması, humanitar yardım və yenidənqurma daxildir. Lakin qrup İsrailin davam edən hücumlarından narazılığını bildirib və İsraili razılaşmanın birinci mərhələsini yerinə yetirməməkdə günahlandırıb.
Trampın şərtlərini İsrail yerinə yetirmir?
Xatırladaq ki, iyulun sonunda Donald Tramp Sülh Şurası və HƏMAS-ın “tarixi razılaşma” əldə etdiyini və bu razılaşmaya əsasən qruplaşmanın tamamilə tərksilah edilməsi barədə razılığa gəldiyini açıqlamışdı. Razılaşma həmçinin Qəzzadaki bütün digər silahlı qrupların silahsızlaşdırılmasını tələb edir.
İsrailin Baş naziri Binyamin Netanyahu isə HƏMAS-ın mərhələli tərksilah planını və şərtləri Sülh Şurası tərəfindən formalaşdırılmış atəşkəsin həyata keçirilməsi üçün atılacaq hər hansı əlavə addımları açıq şəkildə rədd etdi. Qeyd olunan atəşkəs şərtləri Donald Trampın rəhbərlik etdiyi Sülh Şurası tərəfindən formalaşdırılmışdı. “Axios”, adı çəkilməyən Amerika rəsmisinə istinadən bildirmişdi ki, Netanyahunun açıqlaması Ağ Ev tərəfindən rəsmi açıqlama kimi deyil, seçkiqabağı “siyasi oyun” kimi qəbul edilir.
Trampın Netanyahuya seçki dəstəyi gecikir
“Axios” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp hələ də İsraildə baş tutacaq seçkilərdən əvvəl Baş nazir Binyamin Netanyahuya gözlənilən dəstəyi verməyib və sonuncunun hazırkı məqsədi qazanmaq deyil, uduzmamaqdır.
Nəşrin qeyd etdiyi kimi, iki həftə əvvəl Oval Ofisdə maraqlı epizod baş verib. Tramp seçkilərdən əvvəl Netanyahunun təsdiq reytinqləri barədə soruşanda, Baş nazirin müşavirlərindən biri tez bir zamanda müdaxilə edib: “Cənab Prezident, o qalib gəlir”. Lakin son sorğulara görə, Netanyahunun hazırkı koalisiyası 68 yerdən 49-53 yerə qədər azala bilər ki, bu da hökumət qurmaq üçün ciddi bir çatışmazlıqdır. Netanyahunun əsas rəqibi, keçmiş Baş Qərargah rəisi Qadi Eizenkot əksər sorğularda liderlik edir.
HƏMAS vasitəçilərə müraciət etdi
Qeyd edək ki, Kuşnerlə görüşün ardından HƏMAS bəyanat yayıb. Bəyanatda bildirilib ki, vasitəçilər və Sülh Şurası İsrailə Qəzza zolağında atəşkəs razılaşmasına riayət etməsi və sülh planının ikinci mərhələsinə keçidi təsdiqləməsi üçün təzyiq göstərməlidir. “Biz vasitəçiləri və Sülh Şurasını İsraili Qəzza razılaşması üzrə öhdəliklərini yerinə yetirməyə və onun ikinci mərhələsinin həyata keçirilməsi planını təsdiqləməyə çağırırıq”, - HƏMAS-ın “Telegram” kanalında dərc olunmuş bəyanatda bildirilib. Radikallar onlara təklif olunan yol xəritəsi ilə razı olduqlarını təsdiqləyiblər, lakin bunun nələri əhatə etdiyini ətraflı izah etməyiblər.
Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Qəzza zolağında atəşkəs razılaşmasına nail olublar. Təşəbbüsün üç mərhələdən ibarət olması nəzərdə tutulur: birinci mərhələ hərbi əməliyyatların dayandırılması, saxlanılan girovların azad edilməsi, İsrail qoşunlarının qismən geri çəkilməsini, sonrakı mərhələ isə münaqişəyə son qoyulmasını və anklavın bərpasını nəzərdə tutur, lakin tərəflər hələlik razılaşmanın ikinci mərhələsinə keçə bilməyiblər.
SADİQ
Xəbər lenti
Hamısına baxAnalitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55

