Əlyazmanın qapıları
29.08.2026 [08:53]
Hər tərəfdən açılmaq üzrədir.
Get-gedə qədim mətnlərdəki sirlər açılır. Texnologiya qapını döyür və içəri dəvət almadan evə daxil olur. Bircə qalır, sirləri düzgün oxuyub anlamaq...
Dünyada qədim əlyazmaların qorunması, bərpası və elektronlaşdırılmasında Süni İntellekt (Sİ), qabaqcıl görüntüləmə texnologiyaları vasitəsilə inqilabi innovasiyalar tətbiq edilir. Artıq kömürləşmiş, bir-birinə yapışdığı üçün açılması qeyri-mümkün olan əlyazmalar virtual açılma və KT texnologiyaları ilə işığa çıxır, bülükmüş əlyazmaların daxili qatları rentgenlə skan edilir. Hətta vulkan nəticəsində kömürə dönsə də, nisbətən salamat qala bilmiş papiruslar Sİ vasitəsilə, açılmadan, daxilindəki mürəkkəb izlər təhlil edilərək rəqəmsallaşdırılır. İllərlə solub saralmış, qaralmış, hətta üzərində yenidən nə isə yazılmış mətnləri bərpa etmək mümkün olur.
Artıq Avropada bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində qırx minə yaxın orta əsr əlyazması rəqəmsallaşdırılaraq axtarışa uyğun mətn formasına çevrilib. Sİ Vatikan kitabxanasındakı qədim, kodlaşdırılmış əlyazmaların dilini deşifrə etməklə uğurlu nəticələrə nail olub. Bu, azmış kimi, qədim əlyazmaların üzərindəki “yad izlər”, su ləkələri, yırtıqlar, hətta sonradan edilmiş qeydlər müəyyənləşdirilərək ortaya çıxarılır. O cümlədən, itmiş hissələr bərpa edilir: Sİ mətnin qalan hissəsinin kontekstini və müəllifin yazı üslubunu təhlil edərək, hər hansı səhifənin itmiş, silinmiş hissələrində hansı sözlərin olduğunu dəqiqliklə müəyyənləşdirərək bərpa edə bilir.
İnnovasiyalar təkcə texnoloji bərpa ilə bitmir, həmçinin əlyazmalar idarə edilir, təsnifatlaşdırılır. Xüsusilə, ərəb əlifbasında olan əlyazmaların təsnifatı üçün yaradılmış koqnitiv sistem vasitəsilə əlyazmanın xətt növü, dövrü, mövzusu avtomatik olaraq kataloqlaşdırılır.
Dünyanın ayrı-ayrı kitabxanalarında saxlanılan əlyazmaların fraqmentləri bulud sistemlərin köməyilə vahid şəkildə birləşdirilərək, alimlərə hər hansı mətni ümumiləşdirib tədqiq etmək imkanı verir. Qədim mətnlər də müasir, rəqəmsal mətnlərin sırasına qarışaraq elektron resursa çevrilir. Beləcə, min illər boyu yaratdığımız irs və üslub bu dəfə qapılarını üzümüzə açır.
Texnologiya insan gözünün görə bilmədiyi yerləri görə bilir, çünki işıq dalğaları başqadır - texnologiya insandan fərqli olaraq infraqırmızı, ultrabənövşəyi işıq dalğaları tətbiq edir, sonra isə zəkanın min bir əzabla yaratdığı üslubu da müəyyənləşdirə bilir.
Lakin bu texnologiyanı da insan yaradır. Və beləcə, bütün əlyazmalar gələcək nəsillərə ötürülür...
Bircə sual qalır. Gələcək nəsil keçmişi oxumaq istəyəcəkmi? Bundan sonra da insan zəkası ÜSLUB yaradıb Sİ ilə oyun oynamağa çalışacaqmı?
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16

