Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Media: Seul ABŞ-dən zənginləşdirilmiş urana çıxış əldə etmək istəyir

Media: Seul ABŞ-dən zənginləşdirilmiş urana çıxış əldə etmək istəyir

16.09.2026 [14:46]

Cənubi Koreya hərbi məqsədlər üçün istifadə oluna bilən zənginləşdirilmiş urana çıxış əldə etmək istəyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Şimali Koreyanın beynəlxalq təhlükəsizlik üzrə analitiki Çoe Cu-hyonun Koreya Mərkəzi Xəbər Agentliyində yayımlanan məqaləsində bildirilib.

Məqalədə qeyd olunur ki, Seul ABŞ ilə nüvə enerjisi sahəsində əməkdaşlıq barədə razılaşmaya dəyişiklik edərək nüvə yanacağı üçün zənginləşdirilmiş uranın tədarükünə və uranın zənginləşdirilməsi hüququna nail olmağa çalışır.

Çoe Cu-hyon bu təşəbbüsü Cənubi Koreyanın nüvə sualtı qayığı hazırlamaq planları ilə əlaqələndirib.

Şimali Koreya bu prosesi ABŞ-nin qeyri-nüvə müttəfiqlərinə hərbi nüvə texnologiyalarının ötürülməsinin genişlənməsi kimi qiymətləndirir.

Paylaş:
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Siyasət

22-ci səfər...

16 Sentyabr 11:39  

İqtisadiyyat

Siyasət

Analitik

Sosial

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30