Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / BMT-nin Ümumdünya Kosmos Həftəsi keçirilir

BMT-nin Ümumdünya Kosmos Həftəsi keçirilir

05.10.2026 [16:09]

1957-ci ildə Sovet İttifaqı “Sputnik” kosmik gəmisini orbitə çıxardıqdan dərhal sonra BMT-nin Kosmik Fəza Məsələləri Ofisi (UNOOSA) təsis edilib. Qurum o vaxtdan bəri 77-dən çox uğurlu Ay missiyası və digər kosmik səfərlərlə bağlı prosesləri izləyir, həmçinin hər il 4-10 oktyabr tarixlərində keçirilən Ümumdünya Kosmos Həftəsində aparıcı rol oynayır.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, builki tədbirin mövzusu olan “Raket inqilabı” kosmosa çıxış üsullarımızın sürətli transformasiyasına – kommersiya xarakterli buraxılış xidmətləri, təkrar istifadə oluna bilən raketlər, universitet komandaları və digər novatorlar vasitəsilə genişlənən sahəyə diqqət yetirir. Bu çərçivədə 100-dən çox ölkədə 50 minə yaxın tədbirin keçirilməsi planlaşdırılır.

Bu ilin əvvəlində BMT kosmosdan yeni qayıtmış dörd astronavtı qəbul edib; onlar Ayın görünməyən tərəfinə səyahət edərək tarixdəki ən uzaqməsafəli pilotlu kosmik uçuşu həyata keçiriblər.

Məlumatda qeyd olunur ki, BMT onilliklərdir kosmosla bağlı məsələlərdə fəal iştirak edir. Baş Assambleya 1959-cu ildə sülh, təhlükəsizlik və inkişaf prinsiplərinə əsaslanaraq, kosmosun tədqiqi və istifadəsini bütün bəşəriyyətin rifahı naminə tənzimləyəcək komitə yaradıb.

Kosmosun dinc məqsədlərlə istifadəsi üzrə Komitə (COPUOS) kosmik fəzanı tənzimləyən beş müqavilə və prinsipin hazırlanmasında mühüm rol oynayıb və sürətli texnoloji irəliləyişləri izləmək kimi vacib vəzifələri yerinə yetirir. Oktyabrın 4-də isə Türkiyənin Antalya şəhərində 21 ölkə kosmosdan dinc məqsədlərlə istifadə haqqında sənəd imzalayıb.

Paylaş:
Baxılıb: 78 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sabah yağış yağacaq

05 Oktyabr 17:11

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31